YAP Zərdab rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir

23 dekabr 2019-cu il tarixində keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasına yüksək ab-hava ilə başlayan Yeni Azərbaycan Partiyasının Zərdab rayon təşkilatı Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Dünən rayonun Hüseynxanlı və Yarməmmədbağı kəndlərində Hüseynxanlı, Xanməmmədli, Yarməmmədbağı və Lələağacı kəndlərindən olan seçicilərlə görüş keçirilib.Görüşdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP-ın Mərkəzi Seçki Qərargahının Zərdab rayon təşkilatının üzvləri, Səbuhi Kərimov, Rəmzi Şirinov, Şahnaz Mustafayeva, Nailə Əliyeva, Həsən Abulov iştirak ediblər. Görüşdə çıxış edənlər Yeni Azərbaycan Partiyasının müasir Azərbaycan dövlətinin qurulmasında, xalqın rifahının ildən-ilə yüksəlməsində və hərtərəfli inkişafımızda əvəzolunmaz xidmətlərindən danışıblar. Bildiriblər ki, ümumxalq dəstəyi və etimadı qazanan hakim partiya 23 dekabr bələdiyyə seçkilərinə "Xalq üçün" devizi ilə gedir. İnanırıq ki, həmişə olduğu kimi, bu bələdiyyə seçkilərində də xalqımız YAP tərəfindən irəli sürülən namizədləri dəstəkləyəcək və partiyamız növbəti möhtəşəm uğurunu qazanacaq.

Zümrüd