Siyasət

  • 3 568

Tahir Rzayev: Ermənistanın səbatsız hakimiyyəti səhv hərəkətləri ilə uçuruma yuvarlandıqlarını hələ də dərk etmirlər

image

“Yerevanda Şagen Arutunyan tərəfindən rus şairi və diplomatı Aleksandr Qriboyedovun abidəsinin təhqir edilməsi erməni şovinizminin vəhşi mahiyyətini bir daha ortaya qoyur. Bu vəhşiliyin mayasında xalqlara, millətlərə kəskin nifrətin və təcavüzkarlığın kök saldığı aydın görünür”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Ş.Arutunyan bu hərəkətini Armavirdə faşist əlaltısı Qaregin Njdenin xatirə lövhəsinin götürülməsi ilə əlaqələndirir və bundan “qürur duyur”. Onun fikrincə, bu hadisə səbəbsiz deyil: “Axı o, körpəliyindən millətçi ruhunda tərbiyə edilib və böyüklərinin yolu ilə gedir. Bu gün köçəryanlar, sarkisyanlar əgər Yerevanda faşist xüslətli, əli yüzlərlə dinc insanın qanına batmış Njdeyə abidə ucaldırlarsa və Paşinyan kimi düşüncəsiz baş nazir onunla öyünürsə, faşizmin qatı tərəfdarı rolunda çıxış edirsə arutunyunları qınamağa dəyməz”.
Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunda, Aşqabadda MDB Dövlət Başçıları Şurasının Sammitində və BDU-nun 100 illik yubileyi mərasimində qətiyyətli çıxışları ilə Ermənistan rəhbərlərinin faşist ideologiyasına xidmət etdiyini açıq göstərib, faktlarla erməni millətçiliyinin mahiyyətini bəşəriyyət üçün təhlükəli olduğunu dünyaya bəyan edib. Bu fikirlər dünya ictimaiyyəti tərəfindən haqlı olaraq rəğbətlə qarşılanıb.
“Rusiyanın hakim dairələri, sülhsevər insanlar ermənilərin hərəkərlərindən narahatlıq ifadə edib, bunun nəticəsində Njdenin Armavirdəki xatirə lövhəsi götürülüb. Buna Ermənistanın bir sıra siyasətçiləri etirazlarını bildirsələr də, ancaq Rusiyanın mövqeyi dəyişməz qalıb. Yerevanda A. Qriboyedovun abidəsinin təhqir edilməsi Ermənistanın Rusiyaya meydan oxumasıdır. Bu, həm də erməni dönüklüyüdür, satqınlığıdır, böyüyünün, ona çörək verənin üzünə ağ olmaqdır. Belə hallar təcavüzkar dövlətə sözsüz ki baha başa gələcək. Ermənistanın səbatsız hakimiyyət dairələri hələ bunun fərqində deyillər və onlar səhv hərəkətləri ilə uçuruma yuvarlandırqlarını hələ də dərk etmirlər”-deyə, T.Rzayev vurğulayıb.

yap.org.az

Digər xəbərlər