"Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq" Baş Nazirin müavini

"Bu günü Azərbaycanın ekologiya tarixində özəl gün adlandırmaq olar. Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə bir gün ərzində 650 min ağac əkiləcək. Hesab edirəm ki, bu, miqyas etibarilə çox böyük aksiyadır". SİA-nın verdiyi məlumata görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, vətəndaşlar Mehriban Əliyevanın bu təşəbbüsünü yüksək əhval-ruhiyyəylə qarşılayıblar: "Azərbaycanın bir çox kəndlərində, qəsəbələrində insanlar böyük coşquyla yaşıllıq zolağının salınmasına, ağacların əkilməsinə dəstək vererək kampaniyaya qoşulublar. Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq".Ə.Əhmədov qeyd edib ki, bir neçə ildən sonra bu ağaclar böyüyəcək və yaşıllıq zolaqları daha da artacaq: "Beləliklə, bu gün əkilən ağaclar Azərbaycan təbiətinin yaxşılaşmasına böyük köməklik göstərmiş olacaq. Bütövlükdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında böyük quruculuq, abadlıq işləri həyata keçirilir. Əhali üçün rahat əlverişli şərait yaradılır. Vacib komponentlərdən biri də insanların yaxşı ekoloji mühitdə, təmiz hava şəraitində yaşamasının təmin edilməsidir. Bu ağacların əkilməsi həmin məqsədə xidmət göstərir".O vurğulayıb ki, YAP kampaniyanı ürəkdən dəstəkləyən təşkilatlardan biridir: "YAP-ın çoxlu üzvləri müxtəlif rayonlarda bu kampaniya iştirak edirlər. Güman edirəm ki, ən fəal iştirak edən YAP-ın üzvləri olacaq"

sia.az