"Rusiya ilə bu məsələdə fikir ayrılığımız yoxdur, amma İran..." - Xələf Xələfov

Xarici İşlər nazirinin müavini Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclasının İranda keçilməməsi məsələsinə aydınlıq gətirib. SİA-nın məlumatına görə, o, jurnalistlərə açıqlanmasında bildirib ki, görüşün İranda keçilməməsi rəsmi Tehranla bağlıdır: “Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclası İranda planlaşdırılsa da, onlar texniki bazada bu görüşün keçirilməsinə hazır deyil və razılığa gəlinib ki, görüş Rusiyada keçirilsin”.Nazir müavini qeyd edib ki, İşçi qrupunun görüş vaxtı hələlik məlum deyil.Xələf Xələfov Rusiya ilə sərhədin demarkasiyası ilə bağlı məsələlərdən danışıb: "Sərhədin demarkasiyası ilə bağlı işlərin 30-40 faizi başa çatıb. Biz Rusiya ilə demakrasiya işlərini davam etdiririk. Keçən ay Moskvada görüş keçirildi və növbəti planları təsdiq etdik. Görülən işləri nəzərdən keçirdik. İki-üç il ərzində işlərin 30-40 faizini həyata keçirmişik. Demakrasiya prosesi çətindir. Nişanın qoyulması, müvafiq surətdə razılaşdırılması, onların hazırlanması çətindir. Təbii ki, dağlıq zonalarda bu prosesi etmək asan deyil. Buna baxmayaraq, bizim Rusiya ilə bu məsələdə fikir ayrılığımız yoxdur. Ümid edirik ki, gələcək iki-üç il ərzində demokrasiya işləri tamamlanacaq”.X.Xələfov qeyd edib ki, demarkasiya üzrə İşçi qrupunun növbəti iclasının 2020-ci ilin birinci rübündə keçirilməsi planlaşdırılır.

sia.az