Siyasət

  • 3 574

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilib

image

Yevlax rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə Şuşa Dövlət Teatrının aktyoru, əməkdar artist Nazir Rüstəmov çıxış edərək, 16 il əvvəl dekabr ayında müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim və xalqımızın Ümummilli Lideri Heydər Əliyev əbədiyyətə qovuşduğunu bildirib: "Çox illər keçəcək, lakin çiçəklənən Azərbaycanın vətəndaşları dövlət müdrikliyi və sarsılmaz mətinliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar. Əsası Ulu Öndər Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bugünkü dayanıqlı inkişaf ölkə rəhbəri İlham Əliyevin dövlət xadimi istedadı sayəsində davam edir. XX əsrin 90-cı illərində Azərbaycanın dəf etdiyi çətin, lakin şərəfli yol yalnız Dahi Öndər Heydər Əliyevin fəaliyyəti sayəsində, tarixi həqiqətə çevrildiyi kimi, XXI əsrin əvvəllərinin möhtəşəm uğurları da Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin yeritdiyi siyasətin parlaq təzahürüdür".Sonra Dahi Şəxsiyyətin həyatını və siyasi fəaliyyətini əks etdirən video nümayiş olunudu. Tədbir Müslüm Maqomayevin "Azərbaycan" mahnısı ilə sona çatdı.

R.HÜSEYNOVA

Digər xəbərlər