Siyasət

  • 4 763

Tərtərlilər YAP-ın namizədlərinə səs verəcəklər

image

YAP Mərkəzi Seçki Qərargahının Tərtər rayon şöbəsi tərəfindən bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP tərəfindən namizədlikləri irəli sürülmüş bələdiyyə üzvlüyünə namizədlər və seçicilərlə Cəmilli, Ələsgərli kənd bələdiyyələrində təhsil işçiləri ilə görüş keçirib. Görüşdə YAP Mərkəzi Seçki Qərargahının Tərtər rayon şöbəsinin və rayon təşkilatının sədri Ramiz Şabanov, YAP-ın səlahiyyətli nümayəndəsi Kamil Məmmədov çıxış edərək, qeyd ediblər ki, builki bələdiyyə seçkiləri ölkəmizin hərtərəfli inkişaf etdiyi xalqımızın rifah halının yaxşılaşdırılması sahəsində böyük uğurlara imza atıldığı bir dövrdə keçirilir. Çıxışlarda, o da vurğulanıb ki, Azərbaycan xalqı ötənilki beş illə müqayisədə, bu gün daha sabit bir ölkədə daha firəvan yaşayır. YAP keçdiyi yola özünütənqid şəkildə nəzər salaraq, builki bələdiyyə seçkilərində namizədlikləri irəli sürülən partiya üzvlərinin arasında, müasir düşüncə tərzinə yiyələnmiş, bilikli şəxslərin sayının daha çox olmasına diqqət yetirib. Görüşdə YAP Tərtər rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvlərindən Rəşad Şahbazov, Bahar Hüseynova, Cəmilli bələdiyyəsi üzrə namizədlərdən Gülnisə Süleymanova, Namiq Təhməzov, Minarə Vəliyeva, kənd sakini Məhəmməd Abdullayev, Ələsgərli bələdiyyəsinə namizədlərdən İntiqam Nuriyev, Fuad Familzadə, Fəxriyyə Sadıqova, kənd sakinlərindən Almaz Muradova, Yusif Muradov, Tərtər bələdiyyəsi üzvlüyünə namizədlərdən Samirə Zeynalova, Fərid Nemətzadə, Mehman Nəsirov, şəhər sakinlərindən Solmaz Zeynalova, Şəlalə Həsənova, Məlahət Nuriyeva və digərləri çıxış edərək, bələdiyyə seçkilərində ölkəmizin hakim partiyası olan YAP-ın namizədlərinin qalib olmaları üçün həyata keçirilməli olan tədbirlərdən danışıblar.

R.KAMALQIZI

Digər xəbərlər