Siyasət

  • 3 650

"BMT Azərbaycanın ekstremizmə qarşı mübarizəsi yüksək qiymətləndirir''

image

''Ekstermizim sərhəd tanımayan bir təhdiddir və birgə səylərin göstərilməsi bunun qarşısını almaq üçün çox vacibdir''. SİA xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai "Zorakı ekstremizm ilə mübarizə" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.O bildirib ki, dayanıqlı inkişafın təmin edilməsi, sülh və təhlükəsizliyin qorunması, insan hüquqlarına hörmətin artırılması ekstremizmə qarşı mübarizədə vacib əhəmiyyət kəsb edir.Q.İsaqzai ekstremizmə qarşı mübarizədə Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirib: ''BMT Azərbaycanın ektremizmə qarşı mübarizədə səmərəli əməkdaşlığını dəstəkləyir''.Q.İsaqzai həmçinin Azərbaycanda dini tolerantlığın və harmoniyanın mövcud olduğu bir cəmiyyətin formalaşdığını diqqətə çatdırıb: ''Azərbaycanda dünyəvilik qorunur və ekstremizmə qarşı ciddi mübarizə aparılır''.

sia.az

Digər xəbərlər