Siyasət

  • 4 101

"Azərbaycanda din adı altında gizlənən qrupların baş qaldırmasının qarşısı alınıb" Mübariz Qurbanlı

image

"1948-ci il dekabrın 10-da BMT-nın Baş Məclisi İnsan hüquqları haqqında bəyannamə qəbul edib. Əgər bütün ölkələr bu bəyannaməyə əməl etmiş olsaydı, heç bir yerdə ekstremizim baş qaldırmazdı". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Zorakı ekstremizm ilə mübarizə" adlı beynəlxalq konfransda deyib.M.Qurbanlı bildirib ki, çox təəssüf ki, BMT səviyyəsində qəbul edilən bir çox sənədlər kağız üzərində qalır: “Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qəbul edilən qətnamələr də indiyə qədər kağız üzərində qalıb. Ekstremizm və terrorizmə qarşı mübarizə mühüm əhəmiyyət kəsb edir. Dünyada ekstremizm, terrorizm nəticəsində minlərlə insan həlak olur''.Komitə sədri bildirib ki, ekstremist qruplar müxtəlif adlar altında gizlənir: “Burada xarici və daxili amilə də diqqət yetirməliyik. Bəzi yerlərdə ekstremist qrupların xarici amildən dəstəkləndiyini və hərəkət etdiklərini görürük. Bu gün dünyada baş verən münaqişələr nəticəsində 70 milyondan çox insan başqa yerlərə gedirsə, burada mədəniyyətlərin fərqliliyi yaranır və həmin qruplar arasında ziddiyyətlərə gətirib çıxarır".M.Qurbanlı vurğulayıb ki, Azərbaycan da müxtəlif ekstremist qrupların cəhd etdikləri məkanlardan biri kimi göstərilə bilər: "Ölkəmizdə din pərdəsi altında gizlənərək öz maraqlarını həyata keçirməyə çalışan qruplar olub ki, onlara qarşı vaxtında profilaktik tədbirlər görmüşük. Qanun qəbul olunub. Bu, qanun din amilindən sui-istifadə edərək Azərbaycanda din adı altında ekstremist qrupların yaranmasının qarşısını almaq üçündür. Profilaktik tədbirlərlə ölkəmizdə xaricdən dəstəklənən, din adı altında gizlənən bu cür qrupların baş qaldırması önlənib”.M.Qurbanlı əlavə edib ki, Azərbaycanda bütün dinlərin fəaliyyəti üçün şərait yaradılıb. Azərbaycan müsəlman ölkəsidir, əhalisinin 96 faizi müsəlmandır. Bununla yanaşı, dini konfensiyalar harmoniya içərisində yaşayır

sia.az.

Digər xəbərlər