İsmayıllılar Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun səhiyyə işçiləri ilə növbəti görüşünü keçirib.
Görüşü giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova bildirib ki, bələdiyyə seçkiləri ölkəmizin siyasi həyatında mühüm yer tutur: "İnanırıq ki, seçicilərimizin hər biri 23 dekabr bələdiyyə seçkilərində fəal iştirak edəcək, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər".
Tədbirdə, həmçinin, partiya fəalları çıxış edərək, rayonda bələdiyyə seçkilərinin ədalətli, şəffaf və müvafiq seçki qanunvericiliyinə uyğun formada həyata keçirilməsi məqsədilə, təbliğat-təşviqat işlərinin uğurla yekunlaşacağını və bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədlərinin qalib gələcəyinə əmin olduqlarını bildiriblər.

Zümrüd BAYRAMOVA