Bələdiyyə seçkilərində YAP-ın qələbə qazanması mütləqdir

Dünən dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı I Nügədi inzibati-ərazi dairəsi üzrə Qaraçay kəndində seçicilərlə görüş keçirib.Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Yusif Abidov bildirib ki, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində, respublikamızın inkişafı sürətlənib və hər bir vətəndaş bunu öz sosial həyatında hiss edir: "Ölkəmizin ümumi inkişafına öz töhfəsini verən YAP-ın resurslarının güclənməsi də, məhz keçirilən seçkilərdə öz təsdiqini tapır. YAP hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürüb. "Xalq üçün" şüarı ilə bələdiyyə seçkilərində iştirak edən YAP, seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacaq".O bildirib ki, bu gün, nəinki Azərbaycanın, bütövlükdə, regionun ən böyük və mütəşəkkil partiyası olan YAP-ın uğurlarının əsasında xalq sevgisi və dəstəyi dayanır: "Məhz bu dəstəyin nəticəsində, partiyamız yarandığı tarixdən bu günə qədər ölkəmizdə keçirilən bütün siyasi kampaniyalarda, seçki prosesində qalib gəlib".Tədbirdə Qaraçay kənd sakini Ayməzov Sadiq çıxış edərək, 23 dekabrda ölkəmizdə çox mühüm bir kampaniyanın keçiriləcəyini, 1999-cu ildən yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin vəzifələrindən danışaraq, qeyd edib ki, bu qurumun fəaliyyəti xalqa səmərəli xidmət göstərmək və yerli sosial məslələrin həllinə daha peşəkar yanaşmaqdan ibarətdir. Bələdiyyə seçkilərində Qaraçay kənd sakinlərinin, əvvəlki seçkilərdə də olduğu kimi, fəal iştirak edəcəklərini vurğulayıb.Görüşdə təbliğat qrupunun üzvləri - YAP Quba rayon təşkilatı aparatının rəhbəri Hüseyn Kərimov, YAP Quba rayon təşkilatı gənclər birliyinin sədri Əhməd Bəkirli, Amsar kənd orta məktəbinin direktoru Habil Bayramlı və 200 nəfərə yaxın seçici iştirak edib.

Nəzakət ƏLƏDDİNQIZI