Leonid Yakuboviç: Heydər Əliyev tarixi şəxsiyyətdir

Heydər Əliyev tarixi şəxsiyyətdir. Mən onunla cəmi bir dəfə görüşmüşəm və bu görüş mənə elə güclü təsir bağışladı ki, onun tərcümeyi-halını ətraflı öyrənməyə başladım. Heydər Əliyev yüksək intellekt, güclü xarizma sahibi idi. Mən həyatımda iki və ya üç bu cür insanla rastlaşmışam.Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç ümummilli lider Heydər Əliyev haqqında danışarkən belə söyləyib.L.Yakuboviç qeyd edib ki, “Pole çudes” verilişinin komandası Bakıda olarkən Heydər Əliyev onları qəbul edib: “Sonradan onunla söhbətimizi təhlil edərək xalqın nə üçün onun ardınca getdiyini başa düşdüm. Onu dinləyir və eşidirdilər. O, nəhəngdir. Xalq ona hədsiz hörmət bəsləyir və ümid edirdi ki, respublikanı yalnız o, xilas edə bilər. Heydər Əliyevin oğlu İlham Əliyev ona çox oxşayır. Bu, Əliyev geninin gücünə dəlalət edir. Təbiət bu genin qüdrətini İlham Heydər oğluna ötürüb. O, atasına xas olan daxili qüvvəni, güclü xarakteri əxz edib”.

yap.org.az