Siyasət

  • 3 794

Siyavuş Novruzov: Gənclər Ulu Öndər Heydər Əliyevin zəngin irsini dərindən öyrənməlidir

image

“Tarixdə adı dövlətçiliyin simvoluna çevrilən və onunla birgə çəkilən çox az sayda siyasi liderə rast gəlmək olar. XX əsr tarixində fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir və onun dəyəri illər keçdikcə daha dərindən dərk olunur. Bu, Heydər Əliyev siyasətinin böyüklüyünün, bu günümüzə və gələcəyə hesablanmasının aydın ifadəsidir”. Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.S.Novruzov bildirib ki, tarixi faktlar bu reallığı da təsdiqləyir ki, siyasi liderliyin mahiyyəti dövlətinin, xalqının milli maraqlarına cavab verən inkişaf yolunu müəyyənləşdirmək, ölkəsinə uğur gətirən, daim yüksəkləri fəth etməsini şərtləndirən siyasəti təmin etməkdir. Təbii ki, bu uğurlara yol açan ideyalardır. Bu ideyalar ölkənin dünəninin, bu gününün, gələcəyinin əsası kimi dəyərləndirilir. “Əbədiyaşar lider” məfhumu da məhz bu kontekstdən yaranır. Necə ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev belə xatırlanır. O, cismən aramızda olmasa da, Onun siyasi xətti siyasi idarəçiliyin, milli quruculuğun nəzəriyyəsinə, alternativi olmayan dövlətçilik fəlsəfəsinə çevrilib.“XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövr kimi xarakterizə olunur. Həmin dövrdə baş verən hadisələr Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını şərtləndirdi. Azərbaycan xalqı müstəqilliyimizin ilk illərində böyük faciələrlə, çətinliklərlə üz-üzə qalsa da, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və davamlı uğurlara yol açılması bu gün harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı tərəfindən böyük qürur hissi ilə xatırlanır, gələcəyimizin daha parlaq, işıqlı olacağına böyük əminlik yaradır. Çünki bu yol hər günü Azərbaycanın tarixinə mühüm uğur səhifəsi kimi yazır. Məhz bunun nəticəsidir ki, ölkəmizin 28 ildə 100 ilə bərabər inkişaf yolu keçdiyi beynəlxalq səviyyədə də etiraf olunur və yüksək dəyərləndirilir. YAP İcra katibinin müavini deyib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi Azərbaycan yeni-yeni uğurlara imza atır. Bu uğurların əsasında isə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dayanır. YAP İcra katibinin müavini deyib ki, gənclər Ulu Öndər Heydər Əliyevin zəngin irsini dərindən öyrənməlidir. Çünki Azərbaycanın xoşbəxt gələcəyi üçün Heydər Əliyev irsi mühüm rol oynayır”-deyə, S.Novruzov vurğulayıb.

yap.org.az

Digər xəbərlər