Əli Əhmədov GUAM ölkələri hökumət başçılarının sammitində iştirak edəcək

Bu gün Kiyevdə GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın üzv ölkələri hökumət başçılarının sammiti keçiriləcək. SİA-nın məlumatına görə, tədbirin mövzusu GUAM-ın ticarət və nəqliyyata yardım üzrə aparıcı layihələrinin reallaşdırılmasında dövlət-özəl sektor tərəfdaşlığı məsələsidir.Qeyd olunur ki, sammitdə Azərbaycan nümayəndə heyətinə Baş Nazirin müavini Əli Əhmədov rəhbərlik edəcək.

sia.az