PDF Oxu

Siyasət

  • 4 356

"Azərbaycanla Ukrayna arasında geniş iqtisadi əlaqələr xüsusi vurğulanmalıdır" ŞƏRH - ÖZƏL

"Azərbaycanla Ukrayna arasında geniş iqtisadi əlaqələr xüsusi vurğulanmalıdır" ŞƏRH - ÖZƏL

“Azərbaycan və Ukrayna vaxtilə totalitar sovet dövlətində yaşayıb, hazırda suverendir. Hər iki dövlətin oxşar problemləri var”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.O bildirib ki, həm Azərbaycan, həm də Ukrayna işğaldan, torpaqlarının istilasından əziyyət çəkir: “Ən diqqət çəkən məsələ odur ki, Azərbaycan və Ukrayna hər zaman bir-birilərinə dayaq, kömək olub. Bütün beynəlxalq təşkilatlarda səsvermələrdə Azərbaycan Ukraynanı, Ukrayna da ölkəmizi dəstəkləyib”.Hər iki dövlət arasında bir sıra sahələr üzrə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu deyən politoloq söyləyib ki, burada geniş iqtisadi əlaqələr xüsusi vurğulanmalıdır.Q.Hüseynli qeyd edib ki, Ukrayna Azərbaycana bir sıra sənaye məhsulları, polad məmulatı, hava qüvvələri üçün lazım olan vasitələr və digərlərini ixrac etməklə yanaşı, həm də onlara texniki qulluq məsələlərində yardım edir: “Azərbaycan da Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, bu ölkəni müəyyən qədər neftlə təmin edir, ora kənd-təsərrüfatı məhsulları göndərir”.Politoloq əlavə edib ki, bu gün Azərbaycan və Ukrayna münasibətlərinin istifadə edilməmiş çoxlu ehtiyat mənbələri var: “Güman edirəm ki, bu gün ölkəmizə səfər edən Ukrayna prezidenti Vladimir Zelenskinin Bakıda keçirdiyi görüşlərdə, xüsusilə də dövlət başçısı Prezident İlham Əliyev tərəfindən qəbulda bu mənbələr üzərində fikir mübadilələri aparılaraq, əməkdaşlığın yeni formaları axtarıb tapılacaq”.

sia.az

Digər xəbərlər