PDF Oxu

Siyasət

  • 3 850

"Azərbaycan artıq dünya siyasətində önəmli oyunçuya çevrilib" RƏY-ÖZƏL

"Azərbaycan artıq dünya siyasətində önəmli oyunçuya çevrilib" RƏY-ÖZƏL

“Azərbaycan artıq nəinki regionda, hətta beynəlxalq münasibətər sistemində, dünya siyasətində önəmli oyunçuya çevrilib. Azərbaycanın xarici siyasət prioriteti təkcə bir və ya iki ölkə ilə deyil, daha iri miqyaslı əməkdaşlığı nəzərdə tutur”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov deyib.O bildirib ki, Azərbaycan Avropa ölkələri, ABŞ-la əməkdaşlıq münasibətlərinə malikdir və bu əlaqələr inkişaf səviyyəsindədir: “Azərbaycan dünyanın bir sıra ölkələri ilə həm iqtisadi, həm siyasi, həm hərbi, həm sosial, həm də digər sahələrlə əməkdaşlıq əlaqələrində xeyli irəliləyib”.Ölkəmizdə dərin islahatların getdiyini deyən politoloq söyləyib ki, bütün sahələri əhatə edən islahatlar xarici siyasət istiqamətində də həyata keçirilir: “Məhz islahatlar sahəsində atılan addımların nəticəsidir ki, ölkəmiz ABŞ-ın “U.S News” jurnalında 80 ölkə arasında 45-ci yerdə qərarlaşıb. Bir sıra beynəlxalq təşkilatlar kimi, nüfuzlu jurnallar da Azərbaycanda həyata keçirilən islahatları görür və yüksək qiymətləndirir. Bu qiymətləndirmələr kifayət qədər şəffaf və obyektivdir”.F. Sadıqov qeyd edib ki, Azərbaycanın inkişaf etməsi ilk növbədə ölkə maraqlarına cavab verir: “ Ölkəmizdə atılan addımların heç biri hər hansı reytinq, hesabatlar üçün atılmır. Bu, ilk növbədə öz maraqlarımıza uyğun olmalıdır. Lakin görülən işlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi, Azərbaycan üçün əlavə dividentdir. Hesab edirəm ki, biz düzgün yoldayıq və bu yol Azərbaycanı daha da böyük inkişaf zirvəsinə gətirib çıxaracaq”.

sia.az

Digər xəbərlər