Dünən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı partiya tərəfindən bələdiyyə seçkilərinə namizədliyi irəli sürülmüş şəxslərin təbliğat-təşviqat kampaniyası çərçivəsində təhsil işçiləri ilə görüş keçirib.Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bildirib ki, bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində namizədlikləri irəli sürülmüş nümayəndələrlə seçicilərin görüşü davam etməkdədir. O, qeyd edib ki, bələdiyyələr vətəndaş cəmiyyətini formalaşdıran bir mexanizm kimi, yerli demokratiyanın inkişafına təkan verir. Ötən dövr ərzində, bələdiyyələrin fəaliyyətinə nəzər salaraq, bu dövr ərzində, ölkəmizin sosial-iqtisadi inkişaf prosesində yaxından iştirak etdiyini, quruculuq-abadlıq sahələrinin müxtəlif istiqamətlərində işlər gördüyünü bildirib: "YAP bu günədək keçirilən bütün seçkilərdə qələbə qazanmış, ölkəmizin siyasi arenasında siyasi fəallığı ilə lider partiya olduğunu dəfələrlə sübut etmişdir. Bu gün Yeni Azərbaycan Partiyası öz qüdrəti və gücü ilə xalq-iqtidar vəhdətinin bariz nümunəsidir. Əminik ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri də partiyanın parlaq qələbəsi ilə başa çatacaq".Görüşdə seçicilər çıxış edərək, bildiriblər ki, partiyanın builki bələdiyyə seçkilərində Nəsimi Bələdiyyəsi üzvlüyünə ən layiqli namizədləri irəli sürdüyünə görə, onların qələbələrinə inanırlar. Partiya fəalları olan namizədlər də, öz növbələrində, onlara göstərilən etimadı doğruldacaqlarını bildiriblər.Görüş seçiciləri maraqlandıran suallar ətrafında davam etdirildi.
Nəzakət ƏLƏDDİNQIZI