PDF Oxu

Siyasət

  • 4 380

Zaqatalalılar ölkəmizin davamlı inkişafı naminə YAP-ın namizədlərinə səs verəcəklər

Zaqatalalılar ölkəmizin davamlı inkişafı naminə YAP-ın namizədlərinə səs verəcəklər

23 dekabr 2019-cu ildə keçiriləcək Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilati təbliğat-təşviqat kampaniyasını davam etdirir. Dünən növbəti görüş Zaqatalanın Yuxarı Çardaxlar, Lahıc, Bəhmətli kənd seciciləri ilə keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov bələdiyyə seçkilərindən və bu seçkilərlə əlaqədar, indiyə qədər görülmüş işlərdən danışıb. Dövlətimizin yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə olan yüksək diqqət və qayğısından, eləcə də, gələcəkdə bələdiyyələrin qarşısında duran vəzifələrdən bəhs edən H.Qurbanov, son illərdə, ölkəmizdə gedən sürətli tikinti-quruculuq işlərinin, həyata keçirilən irimiqyaslı layihələrin, məhz Yeni Azəbaycan Partiyasının və onun Sədri, ölkə Prezidenti İlham Əliyevin adıyla bağlı olduğunu və bütün bunların hər bir vətəndaşın gözü qabağında baş verdiyini görüş iştirakçılarının nəzərinə çatdırıb.
YAP Mərkəzi Seçki Qərargahı Zaqatala rayon şöbəsinin üzvləri Namidə Süleymanova, Tahir Məmmədov və Ədalət Novruzova çıxışlarında bildiriblər ki, 23 dekabr 2019-cu il tarixdə keçiriləcək bələdiyyə seçkilərində YAP tərəfindən ən layiqli namizədlər irəli sürülüb: "Ölkə Prezidenti İlham Əliyevin daim diqqət və qayğısını öz üzərlərində hiss edən zaqatalılar, əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də böyük fəallıq və coşqu nümayiş etdirəcək, bu siyasi kampaniyanın yüksək mütəşəkkilliklə keçirilməsinə nail olacaqlar. Hər zaman yüksək seçki mədəniyyəti nümayiş etdirən Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərindən də qələbə ilə çıxacaq".
Görüşlərdə çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasına, partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyevə inamlarının çox güclü olduğunu bildiriblər. Ölkəmizin inkişafının davamlı olması üçün, budəfəki seçkilərdə də, YAP-ın namizədlərinə səs verəcəklərini bəyan ediblər.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər