PDF Oxu

Siyasət

  • 4 574

Ağdamlılar YAP-ın namizədlərini dəstəkləyəcəklər

Ağdamlılar YAP-ın namizədlərini dəstəkləyəcəklər

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində növbəti görüş Ağdam rayonunun Qərvənd kənd seçiciləri ilə keçirilib.
Görüşdə çıxış edən YAP Ağdam rayon təşkilatının təbliğat qrupunun üzvü Şahin Qasımov və təşkilatın məsul işçisi Rauf Bəxtiyarlı qeyd ediblər ki, bu günə qədər keçirilən bütün seçkilərdə partiyamızın namizədlərinin xalq üçün, Azərbaycanın rifahı və quruculuğu naminə fəaliyyət göstərməsi seçicilər tərəfindən yüksək razılıqla qarşılanıb. Növbəti seçkilərdə də partiyanın namizədlərinin dəstəklənəcəyinə əminliyini bildirib. Çünki YAP xalqımızın həyatında müstəsna xidmətləri ilə seçilən partiyadır.
Tədbirdə çıxış edən rayon seçiciləri xalqın etimadını əməli işi ilə doğruldan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər. YAP-ın namizədlərinin seçicilərlə görüşü yüksək əhval-ruhiyyə şəraitində baş tutub, onların müxtəlif sualları cavablandırılıb.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər