PDF Oxu

Siyasət

  • 3 669

"Prezidentin siyasətində sivilzasiyalararası münasibətlər önəmli yer tutur"

"Prezidentin siyasətində sivilzasiyalararası münasibətlər önəmli yer tutur"

"Bu gün Mədəniyyət Nazirliyi, Qafqaz Müsəlmanları idarəsi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin birgə tədbiri keçirilir". SİA-nın xəbərinə görə bunu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.Komitə sədri bildirib ki, bu tədbir cənab Prezidentimiz İlham Əliyevin Mədəniyyətlərarası və Sivilzasiyalararası münasibətlərlə bağlı həyata keçirilən siyasətə həsr olunub: "Azərbaycan ayrı-ayrı sivilzasiyaların, mədəniyyətlərin qovşağında yerləşən bir ölkədir. Prezident İlham Əliyevin siyasətində mədəniyyətlər, sivilzasiyalararası münasibətlər məsələsi önəmli yerlərdən birini tutur. Bakı şəhərində bununla bağlı çox saylı tədbirlər keçirilib. Azərbaycan Bakı prosesinin həyata keçirilməsində rol oynayan ölkədir. Eyni zamanda mədəniyyətlərarası dialoq məsələsində Heydər Əliyev Fondu birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həm Azərbaycanda, həm də Azərbaycandan kənarda çoxsaylı tədbirlərə imza atıb".M.Qurbanlı vurğulayıb ki, bugünkü dünyamızda mədəniyyətlərarası, sivizasiyalararası münasibətlərin daha da gücləndirilməsi çox vacibdir: "Çünki müasir dünyamızı təhdid edən bir sıra məsələlər var ki, bunların həll edilməsində dialoqun gücləndirilməsi vacib elementlərdən biri sayılır. Qafqaz Müsəlmanları İdarəsinin xətti, həm Dini Komitənin və müxtəlif nümayəndələrin iştirakı ilə bu sahədə bir çox tədbirlər həyata keçirilib. Dini Liderlərin Birinci Sammiti, bu yaxınlarda isə Dini Liderlərin İkinci sammiti keçirilib və Bakı bəyannaməsi qəbul edilib. Bütövlükdə bu tədbirlərin çox böyük əhəmiyyəti var. Bu tədbirlər Azərbaycanın multikultural dəyərlərinin dünyaya çatdırılmasında əhəmiyyətli yer tutur".

sia.az

Digər xəbərlər