Ölkəmizdə böyük islahatlar ili kimi 2019-cu ilin yadda qalacağı şübhə doğra bilməz. Sosial dövlət modeli olan Azərbaycanda hədəf hər bir vətəndaşın qayğısına qalmaq, onların ehtiyaclarının maksimum səviyyədə ödənilməsidir və bunun üçün isə bütün sahələrdə dəyişikliklərə ehtiyac olduğu, eyni zamanda bu ehtiyacların ölkə başçısı, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə layiqincı ödənildiyi vətəndaşların diqqət mərkəzindədir.Ölkə vətəndaşlarının rifahı əsas vəzifə hesab olunduğu bir dövlətdə ciddi islahatlar aparılmasına ehtiyac duyulurdu və cəmiyyət bunun da şahidi oldu. Etiraf etmək lazımdır ki, minimum əmək haqqı yaşayış minimumu səviyyəsinə bu il çatıb. Əlbəttə ki, müəyyən nəticələrin əldə edilməsi üçün görülən işlərə sərf olunan zaman fasiləsinə bizlərdən asılı olmadan ehtiyac var və məhz minimum əmək haqqının yaşayış minimumu səviyyəsinə çatdırılmasında qətiyyətli, uğurlu yol keçildiyi günün reallığında öz əksini tapıb.Büdcə xərclərində səmərəliliyi artırmaq, idarəetməni asanlaşdırmaq baxımından dövlət və iqtisadiyyatı idarəetmə mexanizmini təkmilləşdirməyə ehtiyac duyulduğundan cari ildə bu səhədə də islahatlar aparıldı və bunun da şahidi olduq. Qarşıya qoyulan məqsəd və hədəflərə çatmaq üçün həyata keçirilən islahatlar sistemli xarakter daşımalıdır. İqtisadi müstəvidə nailiyyətlər çox olmalıdır ki, aparılan islahatlar sayəsində əhalinin sosial müdafiəsini daha da gücləndirmək mümkün olsun. Nailiyyətlərin əldə olunması üçün isə sözsüz ki, daha böyük spektrdə islahatlara, struktur, kadr, qanunvericilik və digər islahatlara ehtiyac duyulur.Xatırladaq ki, 2018-ci ildə keçirilən prezident seçkilərində növbəti dəfə qalib olan ölkə başçısının andiçmə mərasimində çıxışı proqram xarakterli idi. Cənab Prezident öz çıxışında böyük islahatlara start verəcəyini diqqətə çatdırdığını da cəmiyyətimiz yaxşı xatırlayır. İslahatların ilkin təzahürlərinin hələ 2018-ci ildən özünü göstərdiyinin də şahidiyik və 2018-ci ilin ikinci yarısında dövlət büdcəsinin hazırlanma qaydasında yeniliklərin tətbiq edildiyi, Vergi Məcəlləsində köklü şəkildə, çoxsaylı dəyişikliklər təkzib edilə bilməz. Həmin ildə ölkə başçısının rəhbərliyi və tapşırıqları ilə atılan addımlar cari il üçün hazırlanan dövlət büdcəsində sosial istiqamətdə çox böyük addımlar atılacağından xəbər verirdi.2019-cu ilin əvvəlindən sosial istiqamətdə atılan addımlar, görülən işlər ümidləri doğrultdu. İlk böyük sosial paket bu ilin fevral ayında qəbul edildi. Artıq növbəti aydan, yəni mart ayından minimum əməkhaqqı, minimum pensiyalarda ciddi artımlar oldu, bütün müavinətlər artırıldı, yeni müavinət növlərinin tətbiqinə başlanıldı, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin maaşları artırıldı. Bununla da yekunlaşmadı və ardınca, yəni ilin ortasında ikinci sosial paketin qəbulu haqqında da sərəncam verildi və pensiyalar, eləcə də maaşlar sentyabrdan qüvvəyə minən dəyişikliyə əsasən, bir daha artırıldı. Bütün bunların nəticəsi olaraq il ərzində minimum əməkhaqqı artırılaraq 250 manata, minimum pensiya isə 200 manata çatdırıldı.Bir il ərzində əməkhaqqı və pensiyaların bu qədər artırılması, bir il müddətində iki sosial paketin həyata keçirilməsinin hələ bu vaxta qədər şahidi olan olmamışdı ki, cəmiyyətimiz bunun da bu il şahidi oldu. Əslində, bu nəticələr heç də təsadüfi deyildi və bunu doğuran səbəblərin də qeyd olunması lazım gəlir. Qeyd etməkmyerinə düşərdi ki, reallaşdırılan sosial paketlərin maliyyələşdirilməsi əsasən “kölgə iqtisadiyyatı”na qarşı aparılan mübarizənin bir qədər də gücləndirilməsi hesabına təmin olundu. Təbii ki, məhz iqtisadi sahədə aparılan islahatlar hesabına da kölgə iqtisadiyyatına qarşı mübarizədə əldə edilən uğurlara zəmin yaratdı. Kölgə iqtisadiyyatı ilə mübarizə sayəsində, bu mübarizənin məntiqi nəticəsi olaraq büdcəyə ötən il əlavə olaraq 300 milyon, cari ildə isə 930 milyon manatdan artıq vəsait daxil oldu. Sözsüz ki, əhalinin sosial və iqtisadi cəhətdən müdafiəsinin yaxşılaşdırılması üçün bu gəlirlər mühüm əhəmiyyətə malikdir.Cari ildə reallaşdırılan islahatlar heç şübhəsiz ki, növbəti illər, ələlxüsus qarşıdan gələn 2020-ci il üçün daha böyük islahatlara ümidləri artırır. Çünki, prosesin davam edəcəyinə zərrə qədər şübhə ola bilməz və cəmiyyətimiz bunun nəticələrinin ən yaxın zamanda bir daha şahidi olacaq. Artıq, qarşıdan gələn 2020-ci ilin dövlət büdcəsi qəbul edilib və növbəti ildə də əməkhaqqı və pensiyalarda artım nəzərdə tutulur. Ümumiyyətlə, dövlətimizin sosial siyasət apardığı büdcə məsələlərində də öz əksini tapır və bütün bunlar vətəndaşların rifahının daha da yaşılaşdırılmasına olan diqqət və qayğını təsdiq edir.Ölkədə aparılan islahatlar göz qabağındadır və neftdən asılılığın aradan qaldırılmasına daha çox diqqət ayrıldığının da hər şəs şahididir. Bu, qeyri-neft sektorunun inkişafına ayrılan diqqət və qayğıda öz təsdiqini tapır. Sahibkarlıq mühitinin yaxşılaşdırılması, sahibkarlar üçün əlverişli şəraitin yaradılması, prosedurların sadələləşdilməsi və minimuma endirilməsi, eyni zamanda sahibkarlıq fəaliyyətinə dövlət dəstəyi, yardımların ayrılması məhz qeyri-neft sektorunun inkişafına hesablanıb. İstər aqrar sahədə, istər emal sənayesində, istərsə də ticarətdə xüsusi imtiyazlar və güzəştlər ölkədə istehsalın genişlənməsi, nəticədə gəlirlərin artması deməkdir ki, buna olan qayğı da dövlət siyasətinin əsasını təşkil edir. Çünki, gəlirlərin artması, büdcənin genişlənməsi sosial siyasətin davam etməsi və daha da genişləndirilməsi üçün əsaslı zəmin yaradır və bu baxımdan da dövlətimizin diqqət məkəzindədir.Heç şübhəsiz ki, aparılan islahatlar qeyri-neft sektorunun inkişafına, gəlirlərin artmasına, imkanların genişlənməsinə öz tövhələrini verməkdədir və hələ bundan sonra da verəcək. Çünki iqtisadiyyatda şəffaflığı artırmaqla, kölgə iqtisadiyyatına qarşı mübarizəni gücləndirməklə, açıq rəqabət mühiti təşkil etməklə büdcəyə daxil olacaq vəsaitlər daha da artacaq və bu da öz növbəsində imkanların daha da genişlənməsi deməkdir. Davamlı inkişafı təmin etmək, aparılan sosial-iqtisadi islahatları dərinləşdirilmək üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək əlavə dəyərin yaradılması əsas şərtdir və cari ildə aparlan islahatlar da təsdiq edir ki, buna nail olunacağı zərrə qədər şübhə doğura bilməz. Bir sözlə, cari ildə həyata keçirilən islahatlar istər 2020-ci ildə, istərsə də qarşıdakı illərdə iqtisadiyyatda yaradılan əlavə dəyərin daha da böyük templə artmasına, sosial siyasətin bundan sonra daha uğurla həyata keçirəcəyinə yol açır.
sia.az