PDF Oxu

Siyasət

  • 3 447

“Müxalif qüvvələr tapşırıqlarını xarici məkrli dairələrdən alırlar” RƏY-ÖZƏL

“Müxalif qüvvələr tapşırıqlarını xarici məkrli dairələrdən alırlar” RƏY-ÖZƏL

"Hər hansı bir partiya, şəxs seçkilərdə namizədliyini irəli sürür və ya sürmür bu onların öz işləridir". Bunu SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.Onun sözlərinə görə, ancaq Azərbaycan xalqı, seçicisi bu seçkilərdən çox şey gözləyir: "Yəni özündə güc, potensial hiss edən qüvvələr, siyasi partiyalar, namizədlər bu seçkilərdə aktiv iştirak edəcəklər. Öz zəifliyini bilən, xalq arasında nüfuzdan düşdüyünü hiss edən, xalqın etimadını qazana bilməyəcəyini anlayan qüvvələr yəni, AXCP və “Milli Şura” və digərləri seçkilərdə uğursuzluğa düçar olmamaq üçün öz namizədliklərini irəli sürmürlər. Bununla acı məğlubiyyətlərini sığortalamaq istəyirlər. Eyni zamanda adları çəkilən bu ünsürlər müəyyən iğtişaşlar törətməklə diqqəti özlərinə cəlb etmək və itirilmiş nüfuzlarını qaytarmaq istəyirlər. Amma bir şeyi bilmək lazımdır ki, Azərbaycanda hər hansı bir formada sabitliyin, stabilliyin pozulmasına çalışmaq, təxribatlar yaratmaq yolverilməzdir. Dövlətçiliyimizin möhkəmlənməsinə zərər verəcək istənilən təxribatların qarşısı qətiyyətlə alınacaq. AXCP və “Milli Şura” rəhbərliyinin sabitliyin pozulmasına can atmaları sadəcə cəhalət əlamətidir. Onların nə deməsindən və nə etməsindən asılı olmayaraq, bu qüvvələr heç vaxtı öz istəklərinə çatmayacaqdır. Bu seçkiləri də normal, ədalətli, demokratik, şəffaf şəkildə keçirəcəyik. Sözügedən müxalif qüvvələr tapşırıqlarını həmişə kimi xarici məkrli dairələrdən alırlar, hər dəfə də tapşırıqlar dəyişir və aldıqları tapşırıqlara da uyğun hərəkət edirlər. Bu hal yolverilməzdir və pislənilir".

sia.az

Digər xəbərlər