“2020-ci ilin dövlət büdcəsi nailiyyətini əvvəlki illərdən alıb. Belə ki, illər bundan öncə bütün dünya qlobal iqtisadi böhranda çırpınarkən, ölkəmizdə bu problemin çox az və təsirsiz ötüşdüyünün şahidi olduq”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Jalə Əliyeva deyib.O bildirib ki, bu illər ərzində Azərbaycan büdcəsi nəinki azaldı, tam əksinə hər ötən il artım tempi daha da davam etdi.Deputat söyləyib ki, 2020-ci ilin dövlət büdcəsin digər illərin büdcəsi kimi yenə də öz sosialyönümlülüyü, əhalinin, vətəndaşların bütün təbəqələrini xitab etmək imkanları ilə seçildi: “Hər kəs bilir ki, bu günlərdə Prezident İlham Əliyev tərəfindən təsdiqlənən 2020-ci ilin büdcəsinin 40 faizindən çoxunu məhz sosial xərclərə, sosialyönümlü layihələrin həyata keçirilməsinə yönəlib. Bu əhalinin sosial rifah halının, vətəndaşlarımızın daha yaxşı həyat şəraiti ilə təmin olunması, stabil, firavan ölkədə yaşaması deməkdir”.2020-ci ilin dövlət büdcəsində növbəti il üçün ölkədə tətbiqi nəzrdə tutulan icbari tibbi, işsizlikdən sığorta, özünəməşğulluğun təmin edilməsi ilə bağlı çox əhəımiyyətli müddəaların olduğunu deyən J. Əliyeva qeyd edib ki, bu istiqamətlər üzrə dövlət büdcəsindən əhəmiyyətli dərəcədə vəsaitin ayrılması nəzərdə tutulub: “Bütün bunlar bir daha dövlətin vətəndaşın yanında olması, onların problemləri ilə yaxından məşğul olması və həlli istiqamətində əməli addımlar atması deməkdir”.Komitə üzvü vurğulayıb ki, 2020-ci ilin büdcəsindən öncə 2019-cu il dünya ölkələrinin tarixində Azərbaycanda inqilabi sosial sahədə islahatlar ili kimi daxil oldu: “Bu ilin ilk günündən Prezident İlham Əliyev tərəfindən ard-arda imzalanan müxtəlif sərəncam, fərman və qərarlar, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən mühüm layihələr birmənalı olaraq hər bir vətəndaşa xitab etdi. Bu gün elə bir ailə yoxdur ki, ilin əvvəlindən atılan addımlardan kənarda qalsın. Əhalinin bütün təbəqələrinin maaşı, təqaüd, pensiya, məvaciblərinin artırılması, xüsusilə də həssas təbəqə hesab olunan müharibə əlilləri, şəhid ailələrinə böyük yardımların göstərilməsi, onlar üçün fərdi evlərin, çoxmərtəbəli mənzillərin inşa edilməsi, orta aylıq əmək haqqının, kreditlərin bağışlanması və digərləri çox mühüm layihələrdir. Bu layihələrin ardınca güclü Azərbaycan dayanır”.
sia.az