PDF Oxu

Siyasət

  • 3 735

"Rusiya təmsilçiləri Bakıda və İrəvanda fərqli mövqe sərgiləyirlər" ÖZƏL-MÖVQE

"Rusiya təmsilçiləri Bakıda və İrəvanda fərqli mövqe sərgiləyirlər" ÖZƏL-MÖVQE

"Rusiyanın ayrı-ayrı təmsilçilərinin Dağlıq Qarabağ probleminə yanaşmada Bakıda bir cür, İrəvanda isə başqa cür mövqe sərgiləmələri birinci dəfə deyil. Aydındır ki, burada məqsəd neytral görsənməkdən daha çox, regionda vəziyyətin necə var elə də saxlanılmasıdır". Bunu SİA-ya millət vəkili Sahib Alıyev deyib.Deputatın sözlərinə görə, İrəvanda səfərdə olan Rusiya Federal Məclisinin Federasiya Şurası Xarici Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçevin hayların qulağına xoş gələn "konfliktin hərbi həlli yoxdur və ola da bilməz" açıqlaması da əslində elə bunun təsdiqidir: "Onun rəsmi Bakının Nikol Paşinyanın "Dağlıq Qarabağ konfliktinin həlli zamanı Ermənistanın, Azərbaycanın və Dağlıq Qarabağın maraqları nəzərə alınmalıdır" açıqlamasına heç bir reaksiya verməməsinə təəssüfləndiyinə və ölkəsinin Azərbaycanın da belə bir mövqe sərgiləyəcəyinə ümid etdiyini deməsinə gəldikdə isə maraqlıdır, bu cənab Dağlıq Qarabağ deyəndə kimi nəzərdə tutur, ancaq oradakı qanunsuz rejimimi? Və hansı Dağlıq Qarabağdan söhbət gedir- Paşinyanın Ermənistanın bir parçası adlandırdığı torpaqlardanmı?Konstatin Kosaçev də, onu təlimatlandırıb İrəvana göndərənlər də bilməmiş deyillər ki, əslində Azərbaycanın Dağlıq Qarabağ üçün təklif etdiyi ən yüksək muxtariyyət statusu elə məhz o regionunun hər iki icmasının maraqlarını özündə ehtiva edir. Ermənistanın düşdüyü dalandan və forpostluqdan qurtarıb normal ölkə olmasının da yolu problemin BMT qətnamələri və beynəlxalq normalar çərçivəsində həllindən keçir ki, bu da həm işğalçının, həm də işğala məruz qalanın maraqlarına tam cavab verir.Bəs bu konfliktdən region dövlətlərinə təsir vasitəsi kimi faydalanan güclərin necə maraqlarına cavab verirmi? Rusiya Federal Məclisinin Federasiya Şurası Xarici Əlaqələr Komitəsinin sədri bu haqda fikir bildirsəydi, məncə, daha doğru olardı".

sia.az.

Digər xəbərlər