PDF Oxu

Siyasət

  • 3 584

Bu gündən seçicilərə səsvermə vəsiqələrinin verilməsi başa çatır

Bu gündən seçicilərə səsvermə vəsiqələrinin verilməsi başa çatır

Azərbaycanda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı seçiciyə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi müddəti başa çatır. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, vəsiqələr səsvermə gününə 24-3 gün qalanadək, yəni 2019-cu il noyabrın 29-dan dekabrın 20-dək verilməlidir.Dekabrın 20-də, həmçinin seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatır. Seçki bülletenləri səsvermə gününə azı 3 gün qalanadək verilməlidir.Qeyd edək ki, dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçkilər 15,156 bələdiyyə üzvlüyü üzrə baş tutacaq. Ümumilikdə seçkilərdə iştirak etmək üçün 42 mindən çox namizəd müraciət edib.

sia.az

Digər xəbərlər