Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların başlama vaxtı və keçirilmə yeri dəqiqləşib.SİA-nın məlumatına görə, qadın voleybolçuların Super Liqasında birinci turun ikinci matçı dekabrın 20-nə təsadüf edəcək. Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində baş tutaq qarşılaşmada “Mübariz” debüt oyununa çıxacaq. Komandanın rəqibi “Murov” olacaq. Görüşün start fiti 15:00-da veriləcək. Ertəsi gün eyni saatda isə zal kişi voleybolçuların mübarizə apardığı Yüksək Liqa təmsilçilərinin ixtiyarında olacaq. “MOİK” “Azərreyl”lə münasibətinə aydınlıq gətirəcək.Qeyd edək ki, birinci turda Super Liqada “Azərreyl” “Abşeron”a 3:1, Yüksək Liqada isə “Neftçi” “Murov”a 3:0 hesabı ilə qalib gəlib.
sia.az