PDF Oxu

Siyasət

  • 3 459

"Xalqımız bu addımları tam dəstəkləyir” ÖZƏL-MÜNASİBƏT

"Xalqımız bu addımları tam dəstəkləyir” ÖZƏL-MÜNASİBƏT

“Ümumiyyətlə, korrupsiyaya və məmur özbaşınalığına qarşı mübarizə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili siyasətin daim ayrılmaz tərkib hissəsi olub. Bu faktor hakimiyyətə olan ümumxalq inamının mühüm komponentini təşkil edir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov deyib.YAP İcra katibinin müavinin sözlərinə görə, uğurla həyata keçirilən neft strategiyası və düşünülmüş iqtisadi tərəqqi konsepsiyası nəticəsində bu gün hər birimiz inkişafın Azərbaycan modeli kimi bir fenomenlə qürur duyuruq: “Ölkəmiz ildən-ilə zənginləşir, insanların rifah halı yaxşılaşır. Azad sahibkarlıq fəaliyyəti üçün hər cür şərait yaradılıb, zəruri infrastruktur və hüquqi-normativ baza formalaşdırılmışdır. Lakin təəssüflər olsun ki, dövlətdə yüksək vəzifələr tutan bəzi şəxslər bu mühitdən öz şəxsi maraqları naminə sui-istifadə etmək və qeyri-qanuni yolla varlanmaq fikrinə düşürlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər onların bu cür neqativ fəaliyyəti, sahibkarlığa törətdikləri süni əngəllər olmasaydı bu gün ölkə iqtisadiyyatı indikindən də yüksək göstəricilərə malik olardı. Lakin ən əsası odur ki, bu tip mənfi təzahürlərə qarşı mübarizə ardıcıl və məqsədyönlü şəkildə davam edir və gələcəkdə də belə olacaqdır. Cəmiyyətimizdə bu baxımdan zərrə qədər şübhə və tərəddüd yoxdur və xalqımız bu addımları tam dəstəkləyir”.

sia.az

Digər xəbərlər