Məhəbbətin oduna
Düşənlər xoşbəxt olar.
Yansa ümid çırağı
Pərvanəsi tapılar.
Sevdalı ürəklərə
Yad olar qüssə-kədər.
Günəş çıxar bəxtinə
Qapısın döyər səhər.
Öz həzin nəğməsini
Oxuyar mavi Xəzər.
Sevgililər sahili
Sahil dənizi bəzər.
Ağ buluddan paltarın
Geyər inci ləpələr.
Xəzər öz sevgisini
Sahilinə səpələr.
Ay dənizdə çiməndə,
Qızlar görüşə gələr.
Bu vüsalın sevincin,
Eşqə düşənlər bilər.
Ramiq Muxtar,
Prezident təqaüdçüsü,
"Şərəf" ordenli,
Rəsul Rza adına Beyənlxalq
Mükafatı laureatı