23 saylı Nəsimi Səbail Seçki dairəsinin 13 saylı seçki məntəqəsində də səsvermə prosesi davam edir. SİA-nın xəbərinə görə, bu saata qədər 150 nəfərdən çox şəxs öz namizədinə səsvermə hüququndan istifadə edib. Məntəqə sədri Jalə Zeynalova söyləyib ki, səhər saatlarından başlayan prosesdə seçicilər aktiv şəkildə iştirak edir, istədikləri namizədə səsverirlər: "Ümumilikdə məntəqədə 1460 seçici qeydiyyatdadır. Hazırda 152 nəfər prosesdə iştirak edib". Onun sözlərinə görə, müşahidəçilər tərəfindən də seçki prosesinin şəffaf şəkildə keçirildiyi vurğulanır: " Bu saata qədər 1 beynəlxalq müşahidəçi məntəqəyə gələrək səsvermə prosesi ilə tanış olub. Ümumilikdə səsvermə prosesi öz axarı ilə davam edir və heç bir neqativ hal qeydə alınmayıb".
sia.az