PDF Oxu

Siyasət

  • 4 678

"Seçki prosesi şəffaf keçirilir"

"Seçki prosesi şəffaf keçirilir"

23 saylı Nəsimi Səbail Seçki dairəsinin 12 saylı seçki məntəqəsində də seçici aktivliyi davam edir. SİA-nın xəbərinə görə, məntəqə sədri Aytən Baxşıyeva söyləyib ki, ümumilikdə məntəqədə 954 seçici var.Onun sözlərinə görə, hazırda 200-dən çox seçici seçki səsvermə hüququndan istifadə edib. Beynəlxalq müşahidəçilərin səsvermə prosesi ilə yaxından maraqlandığını deyən məntəqə sədri şəhər saatlarından hazırkı vaxta qədər Moldova, Rumıniya, Belarus, Türkiyə və digər ölkələrdən 10-dan çox beynəlxalq müşahidəçinin məntəqəyə gələrək səsvermə prosesinin gedişatı ilə tanış olduğunu dilə gətirib: "Onlar əsasən detalları maraqlanır, seçki prosesinin şəffaf şəkildə keçirildiyini öz gözləri ilə görürlər".Səsvermədə iştirak edən seçicilər də prosesdən razılıqlarını bildiriblər. Qeyd edək ki, seçki məntəqələrində proses veb-kameralar vasitəsilə izlənilir.

sia.az

Digər xəbərlər