23 saylı Nəsimi-Səbail Seçki dairəsinin 19 saylı seçki məntəqəsində səsvermə prosesi uğurla davam edir. SİA-nın xəbərinə görə, məntəqə sədri Maya Qaradayı bildirib ki, ümumilikdə məntəqə üzrə 669 seçici qeydiyyatdadır: “Hazırda 150-dən çox seçici səsvermə hüququndan istifadə edib”.Seçki prosesinin müşahidəçilər tərəfindən də maraqla izlənildiyini deyən məntəqə sədri bu saata qədər Latviya, Rusiyadan olan beynəlxalq müşahidəçilərin məntəqədə olduğunu dilə gətirib: “Ümumilikdə seçki prosesi çox rahat şəkildə gedir. Seçicilərin prosesdə iştirakı üçün yüksək şərait yaradılıb. Bu saata qədər heç bir narazılıq halı qeydə alınmayıb”.M.Qaradayı qeyd edib ki, insanlar ölkəmizdə keçirilən bütün seçkilərə və öz hüquqlarından istifadə etməyə maraqlıdırlar: “Bütün seçki proseslərində olduğu kimi bələdiyyə seçkilərində də aktivlik müşahidə olunur”.
sia.az