"Seçki prosesi əvvəkli illərə nisbətən daha fəal keçir". SİA-nın verdiyi xəbərə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov mətbuata açıqlamasında deyib.O qeyd edib ki, seçicilərin layiqli namizədi seçməsi onların seçkilərdəki fəallığından daha önəmli məqamdır: "Qaynar xəttlərə gələn müraciətlər təbii ki, həddən çoxdur və müxtəlif məsələlərlə bağlı olub. Lakin hər hansı qanun pozuntusu barədə şikayət zəngləri daxil olmayıb. Bu isə öz növbəsində müsbət haldır".R.Qasımov vurğulayıb ki, veb-kameralardan müşahidə fəal şəkildə davam edir: "Bunu biz daxil olan qrafikdən müşahidə edə bilirik. Beynəlxalq və yerli müşahidəçilər də bildirirlər ki, seçki prosesi öz qaydasında gedir".
sia.az