Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb. SİA-nın xəbərinə görə, saat 15:00-dək olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu 52 saylı Quba Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 33,91 faiz olub.Saat 15:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 37 saylı Nizami Birinci (GƏNCƏ) Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 20,18 faiz olub
sia.az