“Prezident İlham Əliyevin milli maraqlara söykənən balanslaşdırılmış praqmatik siyasəti nəticəsində Azərbaycanın güclü ölkə kimi beynəlxalq aləmdə nüfuzu durmadan artır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.O bildirib ki, müdrik, dərindən düşünülmüş siyasət, əldə olunan uğurlar Azərbaycanın ölkə kimi sürətli inkişaf, tərəqqi nümunəsi göstərdiyini sübut edirMüstəqil Azərbaycanın dayanıqlı sosial-iqtisadi inkişafı ilə dünyada gedən rəqabətlərə tab gətirərək sosial dövlət modelinin ixracatçısına çevrildiyini deyən deputat söyləyib ki, dünyada siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkəmizin dünyada siyasi nüfuzu ilə yanaşı, reytinqi də artır.O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət nəticəsində Azərbaycan beynəlxalq təşkilatların hesabatlarında, müxtəlif reytinq cədvəllərində yüksək pillələrdə qərarlaşır: "Buna misal olaraq Pensilvaniya Universitetinin “BAV Group and Wharton School” Qrupunun analitikləri tərəfindən tərtib edilən siyahıda Azərbaycanın 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinqində 45-ci yerdə qərarlaşmasını demək olar. Ölkəmiz Amerikanın ən nüfuzlu siyasi nəşrlərinin biri - “U. S. News & World Report” jurnalında ümumilikdə 80 güclü ölkə arasında yer alıb. Azərbaycanın Portuqaliya, Kolumbiya, Tailand, Argentina, Çexiya, Xorvatiya və digər başqa ölkələri geridə qoyması,ölkəmizin böyük məqsədlərə doğru inamla irəlilədiyinin göstəricisidir".
sia.az