PDF Oxu

Siyasət

  • 4 195

"Seçkilərin şəffaflığının Qaradağda canlı şahidi olduq"

"Seçkilərin şəffaflığının Qaradağda canlı şahidi olduq"

"Seçkilərin şəffar keçirilməsi ölkəmizdə qazanılan uğurları məntiqi nəticəsidir". Bunu professor Elman Nəsirov bu gün seçkiləri Qaradağ rayonunun bir neçə məntəqəsində seçkilərin gedişini canlı izləyəndən sonra verdiyi açıqlamasında deyib.Professor qeyd edib ki, ölkəmizdə formalaşan demokratik şəraitə uyğun olaraq xalqımız növbəti dəfə öz seçimini edir: "Respublika üzrə fəaliyyət göstərən 1606 bələdiyyəyə 15156 üzv seçilməlidir. Deputat həmkarlarımdan Mirkazım Kazımov və Aydın Hüseynovla birlikdə 11 saylı Qaradağ və 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 19,20,25 və 26-cı seçki məntəqələrində seçki prosesinin gedişatı ilə yerində tanış olduq. Seçicilərin fəallığı, şəffaflığa riayət olunması, məntəqələrin təhlükəsizliyinin yüksək səviyyədə qorunması diqqətimizi xüsusilə cəlb etdi. İndiyə qədər olduğumuz məntəqələrin heç birində hansısa narazılığa rast gəlmədik. Bu isə ölkəmizdə demokratik mühütin formalaşdığını bir daha təsdiqləyir".

sia.az

Digər xəbərlər