“Prezident İlham Əliyev xalqın etimadını yüksək səviyyədə şəkildə doğrulda bildi. Son 16 il müddətində Azərbaycan beynəlxalq aləmdə müstəqilliyini bir daha təsdiq etdi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.O bildirib ki, bu illər ərzində ölkəmiz öz daxili və xarici siyasətini xalqın maraq və istəyinə uyğun olaraq qura bildi: “200 illik fasilədən sonra dövlətçiliyi yenidən davam etdirmək asan məsələ deyildi. Lakin bununla belə Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin yetirməsi olan cənab Prezident Azərbaycanın qarşısında duran böyük problemləri uğurla həll edə bildi”.A.Mirzəzadə söyləyib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu fəaliyyət nəticəsində iqtsadiyyatımız yenidən qurulur, sahibkarlar təbəqəsinə dövlət tərəfindən qayğı göstərilir, təbii sərvətlərdən gələn gəlir xalqın rifahının yüksəldilməsinə yönəldilir.Deputat qeyd edib ki, cənab Prezident xalqın içərisindən çıxdığına görə, xalqın nə istədiyini çox yaxşı bilir: “Ölkə başçısı tez-tez regionlara səfər etməklə, həm xalq qarşısında hesabat verir, həm də görülən işlərə nəzarət edir. Dövlət başçısının fəaliyyəti hər bir məmur, aktiv insan üçün yaxşı bir nümunədir”.Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev eyni zamanda çox humanist insandır: “Onun insanların problemlərinin həlli ilə bağlı etdiyi təkliflər ilk növbədə vətəndaşlarımızın rahat yaşaması, ailə institutunun möhkəmlənməsinə, Azərbaycanın milli-mədəni dəyərlərinin lüzumsuz xarici təsirlərdən qorunmasına gətirib çıxardır. Azərbaycan xalqı öz Lideri ilə fəxr edir, dəstəkləyir. Hər birimiz ölkə başçısı tərəfindən həyata keçirilən siyasətin maraqlarımıza cavab verdiyinin fərqindəyik”.
sia.az