“2003-cü ildən indiyədək ötən 16 il müddətində Azərbaycan müasir şəkildə qurulub. Ölkəmiz sözün əsil mənasında çox böyük inkişaf yolu keçib”. Bu fikirləri SİA-ya açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.O bildirib ki, bu illər ərzində həm Bakı, həm də regionlarımız kifayət qədər yeni layihələrlə zənginləşdirilib, ölkəmizin, vətəndaşlarımızın bütün həyatı dəyişib.Baş redaktor söyləyib ki, Azərbaycan təkcə regionda deyil, dünyada böyük qlobal layihələrə müəlliflik edib, dünyada böyük siyasi nüfuza malik bir ölkəyə çevrilib: “Ölkəmiz son 16 ildə bütün qitələri birləşdirən layihələrə həmmüəlliflik edib. 100 illik dövlətçilik təcrübəsi olan ölkələr üçün bu xəyal kimi görünsə də, Azərbaycan bunu real həyatda həyata keçirə bilib.2019-cu ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial layihələrdən bəhs edən V.Rəhimzadə vurğulayıb ki, dövlət başçısı cari ildə bütün vətəndaşlarımızın həyat yaxşı mənada şəraitinə təsir edəcək çox böyük sosial layihələrə müəlliflik edib: “ 2019-cu ildə cəmyyətin yüksək səviyyədə yaşaması istiqamətində 10-larla sərəncam, fərmanlar imzalandı, qərarlar verildi. Bu sənədlər əlbəttə ki təkcə bu l üçün nəzərdə tutulmayıb, onlar davamlı xarakter daşıyır”.Baş redaktor qeyd edib ki, son 16 il Azərbaycanda jurnalistlər üçün xüsusi önəm kəsb edən hadisələrlə zəngindir: “Bu illər ərzində Azərbaycanda dünyada analoqu olmayan, ilk olaraq dünyada jurnalistlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması istiqamətində addım atılıb. Ümumiyyətlə, Cənab prezidentin 16 illik fəaliyyəti on illiklərə sığmayan bir fəaliyyətdir. Dövlət başçısı tərəfindən həyata keçirilən xarici siyasətdə də kifayət qədər uğurlu çalarları görmək mümkündür. Azərbaycanın həm BMT Təhlükəsizlik Şurasının qeyi-daimi üzvü olması, sədrlik etməsi, 120 ölkənin üzv olduğu Qoşulmama Hətəkatının tədbirinə ev sahibliyi etməsi, eləcə də təşkilata sədrlik ölkəmizin dünyada nüfuzunun artdığının göstəricisidir. Bununla yanaşı, bu illər rəzində Azərbaycanın iqtisadi həyatında çox böyük layihələr ölkə başçısının 16 illik fəaliyyətində gördüyü çox böyük titanik fəaliyyətinin nümunəsidir”.
yap.org.az