“Ötən gün Prezident İlham Əliyev tərəfindən aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında Sərəncamı əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan növbəti addımdır”. Bunu açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.Sərəncama əsasən, aztəminatlı ailələrə birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulmuş vəsaitdən 7,6 milyon manat ayrıldığını deyən komitə sədri bildirib ki, bu addım Azərbaycan dövlətinin müəyyən sosial həssas qruplara yönəlik müdafiə siyasətinin maliyyə imkanları bir qədər məhdud olan insanların sosial müdafiəsinin gücləndirilməsi baxımından çox böyük əhəmiyyət kəsb etdiyini göstərir: “Prezident İlham Əliyevin 2018-ci ildən növbədi dəfə dövlət başçısı seçildikdən sonra yürütdüyü daxili siyasətinin əsas priroitetini sosial sahədəki problemlərin həlli ilə bağlı davamlı islahatların həyata keçirilməsi təşkil edir. Bu il fevralın 8-də cənab Prezident minimum əməkhaqqını 130 manatdan 180 manata qədər yüksəltməklə, 38,5 faizlik artım əldə olmuşdu. İyunun 18-də isə dövlətimizin başçısı tərəfindən minimum əməkhaqqı ikinci dəfə artırılmaqla, 180 manatdan 250 manata çatdırıldı. Beləliklə, 1 il ərzində minimum əməkhaqqı 2 dəfəyə qədər artırılıb, bu isə kifayət qədər yüksək göstəricidir”.A. Naxçıvanlı vurğulayıb ki, təkcə iyun ayında əhalinin rifahının yüksəldilməsi məqsədilə təsdiqlədiyi sosial paketdə əksini tapan 17 Sərəncam ölkədə ayrı-ayrı sahələrdə çalışan insanların sosial rifahının yüksəldilməsinə xidmət etməklə yanaşı, əhalinin yüksək rifahının prioritet olduğunu sübut etdi: “Dövlət başçısı İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” bu il iyunun 1-də imzaladığı Sərəncam da sosial xidmətlər sistemində yeni bir istiqamət kimi ahıllar üçün də günərzi xidmətlərin təşkilinə şərait yaradıb”.Komitə sədri qeyd edib ki, cari ildə eyni zamanda, problemli kreditlərlə bağlı olan məsələ də öz həllini tapıb: “Həmçinin 300 mindən çox əlilliyi olan şəxslərin, 500 minə qədər məcburi köçkünün, 100 mindən artıq tələbə və gənclərin, ümumilikdə 1,3 milyon insanımızın gəlirləri də çox əhəmiyyətli şəkildə artırılıb”.A.Naxçıvanlı vurğulayıb ki, Azərbaycanın sosial siyasət sahəsində gördüyü işlər təkcə ölkə daxilində deyil, eyni zamanda beynəlxalq aləmdə də yüksək qiymətləndirilir: “Ölkəmiz beynəlxalq reytinqlərdə, hesabatlarda irəliləyir. Azərbaycanın Amerikanın “U.S News&World Report” jurnalında dünyanın ən güclü ölkələri sırasında Avropanın bir çox ölkələrini geridə qoyaraq, 45-ci yerdə qərarlaşması da təsadüfi deyil. Bütün bunlar Prezident İlham Əliyevin fasiləsiz fəaliyyətinin əsas istiqamətlərinin Azərbaycan vətəndaşlarının maraqlarının ifadə olunması, ümumilikdə sosial müdafiə sisteminin daim təkmilləşdirilməsindən ibarət olduğunu bir daha sübut edir”.Komitə sədri əlavə edib ki, Prezident İlham Əliyevin aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncamı dövlət başçısının aztəminatlı vətəndaşlara bir bayram hədiyyəsidir: “Bu ənənənin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən davam etdirilir”.
yap.org.az