PDF Oxu

Siyasət

  • 4 138

"16 illik siyasət Azərbaycan xalqının sosial rifahına hesablanıb" - ÖZƏL MÜNASİBƏT

"16 illik siyasət Azərbaycan xalqının sosial rifahına hesablanıb" - ÖZƏL MÜNASİBƏT

"Azərbaycan Prezidenti 2019-cu ilin yekunları ilə bağlı milli mətbuatımıza verdiyi müsahibədə bir sıra mühim məsələlərə toxunub. Bunlar həm Azərbaycanın daxili, həm xarici siyasəti ilə bağlı məsələlərdir. Əslində bir qədər daha dərindən diqqət etsək görəcəyik ki, Azərbaycan Prezidentinin müsahibəsində 2003-cü ildən bu vaxta qədər keçən dövrdə Prezident İlham Əliyevin fəaliyyətinin ictimai hesabatı hesab olunacaq istiqamətlər var və belə nəticəyə gəlmək olar ki, qüdrətli, inkişaf edən Azərbaycanın inkişaf strategiyasının və konsepsiyasının əsaslarını məhz bu nitqdə öz əksini tapıb". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib.Prezident İlham Əliyevin "bizim siyasətimiz konseptual və ardıcıldır" fikrinə münasibət bildirən politoloq qeyd edib ki, əgər 2003-cü ildən bu günə qədər diqqət etsəniz görəcəksiniz ki, heç bir şey təsadüfən baş verməyib: "Düşünürəm ki, bugünkü inkişaf edən qüdrətli Azərbaycanın sosial-siyasi inkişafını münasibətlərin mühim aktoru kimi əldə etdiyi nailiyyətlərin fəlsəfəsi və düsturu bu cümlədədir. Çünki 2003-cü ildən bu vaxta qədər aparılan siyasət ardıcıl, məqsədyönlü olmaqla bərabər, həm də Azərbaycan xalqının rifahına hesablanmış siyasətdir. İlk növbədə ölkənin inkişafı üçün iqtisadi əsasların formalaşdırılması və iqtisadi qüdrətin təmin olunması başlıca vəzifə kimi önə çıxıb. Alınan çevik qərarlar, həyata keçirilən meqa layihələr, ölkədə kənd təsərrüfatı sektorunun inkişafı, yeni sənaye məhəllələrinin yaradılması, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının, qida təhlükəsizliyi ilə bağlı proqramının qəbul olunması, infrastruktrun tamamilə yenilənməsi, yolların çəkilməsi, ölkənin qazlaşdırılması, kommunikasiyaların əlçatan olması kimi bu cür məsələlərin hamısı ötən illər ərzində öz həllini tapmaqla bugünkü Azərbaycanın sosial siyasətini həyata keçirməsi üçün şərtlər yaradıb. Çünki sosial və iqtisadi siyasət bir-birini tamamlayan iki mühim kompanent kimi bir vahid tamın iki hissəsidir. Əgər ölkənin iqtisadi qüdrəti yoxdursa, əlbəttəki sosial siyasət həyata keçirilə bilməz. Sosial siyasət birbaşa iqtisadiyyatla və maliyyə ilə bağlıdır və bu siyasəti həyata keçirmək üçün mütləq ölkə iqtisadi baxımdan inkişaf etmiş olmalıdır".H.Babaoğlu vurğulayıb ki, Azərbaycan Prezidenti məhz sosial-iqtisadi blokda olan məsələləri şərh edərkən bu dinamizmi, ardıcıllığı, Azərbaycanın iqtisadi siyasət strategiyasının əsas paradiqmaları kimi önə çəkmiş oldu. Bundan sonra ölkəmizdə həyata keçirilən sosial siyasət və onun nəticələrindən danışdı: "Başqa bir mühim məsələ Azərbaycan Prezidentinin həyata keçirdiyi xarici siyasətlə bağlı idi. Azərbaycan Respublikasının Beynəlxal təşkilatlarla münasibətləri və o cümlədən Beynəlxalq münasibətlərin nüfuzlu aktoru kimi Beynəlxalq münasibətlər sistemindəki davranışlarla bağlı idi. Bir qədər də çıxışda səsləndirilən fikirlərə diqqət yetirsək görərik ki, əslində bu müsahibədə səsləndirilən fikirlər Azərbaycan Prezidentinin Bakı Dövlət Universitetinin 100 illik yübileyində səsləndirilən fikirlərin daha detallarla ifadə olunan davamı idi. Biz bilirik ki, Azərbaycanın iqtisadi, siyasi, eyni zamanda beynəlxalq münasibətlər sahəsində uğurları mövcuddur. Bu həm ayrılıqda dövlətlərarası ikitərəfli münasibətlərdə mühim uğurlardır, həm də Azərbaycanın beynəlxalq münasibətlərinin aktoru kimi beynəlxalq təşkilatlarla münasibətlərinə də aiddir".

sia.az

Digər xəbərlər