"2019-cu il digər illərə nisbətən daha yaddaqalan oldu". Bunu SİA-ya millət vəkili Kamilə Əliyeva deyib.Deputatın sözlərinə görə, həm ölkəmizdə gedən inkişaf, həm də islahatların aparılması çox yaxşı dəyişikliklərə gətirib çıxartdı: "2019-cu ilin ilk ayından başlayaraq cənab Prezidentimiz tərəfindən verilən sərəncamlar, insanların həyat tərzinin yaxşılaşdırılmasına yönəlik addımların atılması çox yaxşı oldu. Elə bir sahə olmadı ki, cənab Prezident orada islahatlar aparmasın. Eləcə də Azərbaycan parlamenti üçün də heç vaxt unudulmayacaq il olduğunu söyləmək olar. Digər illərdə olduğu kimi, parlamentimiz çox məhsuldar işlədi. Xeyli qanun layihələri qəbul olundu, mövcud qanunlara dəyişikliklər və əlavələr olundu. Beynəlxalq təşkilatlarda aktiv iştirak etdik. Azərbaycan parlamenti də bir neçə görüşlərə evsahibliyi etdi. İstər Milli Məclisin Elm və təhsil komitəsi, istərsə də Səhiyyə komitəsinin üzvü kimi qeyd etmək istəyirəm ki, insanlar və cəmiyyətimiz üçün aktual olan qanunlar üzərində işlədik. Eyni zamanda, V çağırış parlamentin buraxılması tarixdə görünməmiş bir ilkdir. 2019 bu hadisələrlə fərqli il kimi tarixə düşəcək”.
sia.az