"“Milli Şura” və AXCP-nin yenidən aksiyalar keçirmək istəyinə düşməsi xaricidən onlara verilən növbəti tapşırıq ola bilər". Bunu SİA-ya açıqlamasında Təkamül partiyasının sədri Teyyub Qənioğlu deyib.Onun sözlərinə görə, bu məkrli qüvvələrin niyyətləri seçkiqabağı hay-küy salmaqdan ibarətdir: "“Milli Şura” və AXCP funksionerləri hər zaman seçkilərin keçirilməsini istəyirdilər və bu da onların keçirilməsini istədikləri seçkilər, ancaq onlar seçkilərə qatılmaq əvəzinə başlayırlar aksiyalar keçirməyə, hay-küy salmağa və seçkiləri “boykot” çağırışı ilə çıxış etməyə. Əlbəttə ki, onların tutduğu bu yol düzgün yol deyil. Əgər siz “Milli Şura” və AXCP yığıncaqlar keçirmək və çıxışlar etmək istəyirsinizsə ən yaxşı variant seçkilərdə iştirak etmək və namizəd irəli sürmək idi və namizədlərin hər biri vətəndaşlarla, seçicilərlə görüşlər keçirməli və öz mövqelərini bildirməli idilər. Onlar isə, bu şəraitdən və imkandan bəhrələnmək istəmirlər. Əksinə, pozuculuq yolu tutmağa üstünlük verirlər. Onların aksiyalar keçirmək istəklərinə düşməsi suyu bulandırmaqdan başqa bir şey deyil. “Milli Şura”nın rəhbərləri kimdir? Cəmil Həsənli, Əli Kərimli, Gültəkin Hacıbəyli. Yəni adaları çəkilən bu şəxslər vaxtı ilə Milli Məclisin deputatı olublar. Yaxşı siz milli Məclisə deputat seçiləndə ölkədə hər şey qaydasında idi, seçki qanunları yaxşı idi, seçki mühiti var idi, şəfaf idi, hər şey ədalətli idi, indi seçilməmisiniz deyə ağa qara demək yolunu tutmusunuz. Heç nə dəyişilməyib, həmin Seçki Məcəlləsidir, həmin qayda, həmin şəraitlərindən, seçkilərə qatılmaqdan imtina edirlər. Yəni cəmiyyət radikalları dəstəkləmir, onları rədd edir".
sia.az