Seçkiərəfəsi yaradılacaq növbəti "birliklər" də düşərgənin passiv vəziyyətdə qalacağını şərtləndirir
Müxalifət qarşıdakı parlament seçkilərinə "birliklər"lə gedəcəyini bəyan edir. Bu yerdə deyirlər, "utanmasan, oynamağa nə var ki". Bir də, deyəndə ki, bu müxalifət "xəstədir", deyirlər ki, böhtan atırsınız. Əgər belə olmasaydı, o zaman hər seçkiöncəsi yaratdığınız qurumların iflasa uğradığını görə-görə, yenidən bir də bu yolu getməyin nə faydası? Bir məsələ var ki, öz siyasi ömrünü çoxdan başa vuran dağıdıcı müxaliflər, hər seçki öncəsində olduğu kimi, bu dəfə də iflasa məhkum olduğunu qabaqcadan aydın gördükləri üçün qurumlarla gündəmdə qalmaq istəyirlər. O səbəbdən ki, ötən 26 il ərzində, müxalifətin çoxsaylı birlikləri, siyasi və ya seçki blokları ən müxtəlif adlarla mövcud fəaliyyət göstərmiş və son nəticəsi uğursuzluqla nəticələnib. Çünki onlar şəxsi təşəbbüslə, şəxsi maraqlar, yaxud birlik yaratmaq məqsədilə deyil, digərinin sosial bazasını ələ keçirmək üçün qurulan təşkilatlardır.
Aydın Mirzəzadə: "Dağıdıcı müxalifət növbəti dəfə gücsüzlüyünü nümayiş etdirəcək"
5-ci çağırış parlamentinin deputatı Aydın Mirzəzadə "Milli Şura"nın mitinqinə münasibət bildərərək deyib ki, siyasətçinin ən önəmli məcazlarından biri səhvlərdən nəticə çıxarmaq, həmin səhvləri təkrarlamamaq bacarığıdır: "Əgər siyasətçi səhvləri sıralayırsa, və ən pisi, onları təkrarlayırsa, bu, primitiv düşüncənin, hədsiz ambisiyaların və gerçəyi anlamamağın, şərtlərin diqtəsini başa düşməməyin, marazm həddinə yüksəlmiş ambisiyaları ilə natamamlıq kompleksinin göstəricisidir. Elə buna görə də, müxalifət həmin xarici qrantlara görə geriləməkdədir. Qaldı ki, mitinq keçirməyə, bu, onların hüququdur və "Milli Şura"nın da mitinq keçirməsi Azərbaycanda demokratiyanın olmasının göstəricisidir. Bir məsələ var ki, ancaq qanuna uyğun olmalıdır. İstər bu gün, istərsə də bu günə kimi keçirdikləri mitinqdə nə dəyişib? Eyni ssenari, eyni şou və eyni ümumi şüarlar. Bütün seçkilərdə olduğu kimi, qarşıdakı parlament seçkiləri ərəfəsi keçirmək istədikləri mitinqlərin də aqibəti əvvəlkilərdən fərqli olmayacaq, əksinə, dağıdıcı müxalifət növbəti dəfə öz gücsüzlüyünü nümayiş etdirəcək".
Sərdar Cəlaloğlu: "Bu günə kimi müxalifətin uğursuzluğunun səbəbi AXCP və Müsavat olub"
Müxalifətin 26 ildə uğursuzluğa düçar olmasınının səbəblərinə aydınlıq gətirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, 26 ildə müxalifətin məğlubiyyəti AXCP-Müsavatın adına yazılmalıdır: "Müxalifətin bu günə kimi genişlənməsi və güclənməsi istiqamətində hər hansı nailiyyət əldə edə bilməsini demək, gülünclük olardı. Xalq hər şeyi görür. Belə olsaydı, bu günə kimi özlərini "ana müxalifət" adlandırmaları ayıbdır, özü də çox ayıb. "Ana müxalifət" anlayışı bizə Türkiyədən gəlib. Türkiyədə parlamentdə çoxluq təşkil edən müxalifət partiyası ana müxalifət adlanır. Əgər bu prinsiplə yanaşsaq, AXCP-Müsavatı ana müxalifət hesab etmək olmaz. Ola bilər ki, özlərini böyük aparsınlar, amma "ana müxalifət" anlayışında yanılırlar. Bunun üçün gərək parlamentdə ən çox səsə malik müxalifət partiyası olsunlar. Əksinə, ilbəil geriləmələr müşahidə olunub. Ona görə də, AXCP-Müsavat "aparıcı" olmaq iddiasından imtina etməlidir. Çünki onların "aparıcılıq" iddiasında olmaları müxalifətə heç bir töhfə verməyib".S.Cəlaloğlu, bu müddət ərzində, AXCP və Müsavatın apardığı siyasətdə fərqli bir dəyişilmə olmadığını vurğulayıb: "Yəni 26 il bundan qabaq, necə münasibətlər var idisə, indi də həmin münasibətlər sərgilənir. Müxalifətdaxili münasibətlərin bugünkü duruma gəlməsində bu iki partiyanın günahı olduğunu etiraf edirəm".Həqiqətən də, bu, belə də olmalıdır, ay S.Cəlaloğlu! Çünki adı müxalifətin olan, əslində isə, ermənipərəst dairələrin ideyası əsasında yaradılmış "Milli Şura"nın antimilli maraqlara xidmət etməsi bəlli olsa da, bu günə kimi ölkəmizdə keçirilən və qarşıdakı parlament seçkiləri ərəfəsi, bu qurum yenə də həyasızlığından əl çəkməyərək, yanvar ayından mitinqlər keçirmək iddiasında olmaları, utanmadan oynayanlara bənzəyir. Ancaq bir şey də var ki, sirkə nə qədər tünd olsa, öz qabını çatladar. Çünki bu oyuncaq qurumun yaradılmasında əsas məqsəd, heç də özlərinin dedikləri kimi, demokratik seçkilərin keçirilməsi deyil. Bunu, müxalifət nümayəndələri də dəfələrlə təsdiqləyiblər ki, bu qondarma qurum qaranlıq məqsədlərə xidmət etmək üçün yaradılıb. Bu, o qurumdur ki, hələ seçkilərin keçirilməsinə 2 ay vaxt qalmasına baxmayaraq, seçkinin qeyri-demokratik keçiriləcəyi haqqında əsassız uydurmalar yayırlar və bu gün də bu çirkin niyyətlərindən əl çəkmirlər. Çünki artıq indidən uğursuzluqlarını görürülər. Bir də xarici ölkələrdəki anti-Azərbaycan dairələrin ideyası əsasında yaradılan xəyanatkar qurumların sonu, elə belə də olmalıdır.Göründüyü kimi, düşərgə liderləri özləri də dağıdıcı müxalifətin mitinq "eyforifası"na inanmırlar və məsləhət edirlər ki, mitinq-filan keçirməsələr, daha yaxşı olardı. Çünki nəticədə, cəmiyyət belələrindən iyrənir.
Rəfiqə HÜSEYNOVA