PDF Oxu

Siyasət

  • 4 160

"Multikulturializm Azərbaycan Respublikasının dövlət siyasətidir"

"Multikulturializm Azərbaycan Respublikasının dövlət siyasətidir"

Bu gün Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası "Multikulturializm Azərbaycan Respublikasının dövlət siyasətidir" mövzusunda növbəti kurs təşkil edib. SİA-nın xəbərinə görə, ilk çıxış edən kursun rəhbəri, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov söyləyib ki, Azərbaycan muktikultarlizmin mühüm mərkəzinə çevrilib: "Bir çoxları dünyada multikulturializm, tolerantlıq dəyərlərinin yox olduğunu bildirir, lakin Azərbaycan dövləti dünyaya əksini multikulturializmin dövlət siyasəti olduğunu sübut edir".Daha sonra Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva məruzəçi qismində təqdimatla çıxış edib.Məruzəsini Prezident İlham Əliyevin dünyada multikultiralizmin alternativi yoxdur" fikirləri ilə başlayan S.Fətəliyeva söyləyib ki, multikulturalizm anlayışına insan daxildir: "Müxtəlif bayramların keçirilməsi, adət-ənənələrinin nəsildən- nəslə keçməsi insan faktoruna əsaslanır. Bu gün dünyanın müxtəlif ölkələrində dini dözümsüzlük, etnik nəticəsində münaqişələr həyata keçirilir. Bir-birini anlamaq, dialoqun düzgün təşkil olunmasında hörmət, mərhəmət hisslərinə əsaslanmaq vacibdir".Azərbaycanda multikulturializm tarixinə toxunan deputat söyləyib ki, tarixi ifadə edən əsərlərdə Azərbaycanda multikulturializm ab-havası görünür: "Böyük İpək yolunun Azərbaycanda keçməsi, neft bumu, Çar Rusiyasının köçürmə siyasəti nəticəsində ölkəmizdə bir sıra millətlərin, xalqların nümayəndələri ölkəmizdə yaşayıb. Bütün bunlar ölkəmizdə tolerantlığın göstəriciləridir. Tarixin müxtəlif zamanlarında ölkəmizdə yaşayan millətlər rahat, sərbəst şəkildə yaşayıblar. Bu gün də Azərbaycanda bir sıra millətlər ləzgilər, talışlar, udinlər dağ yəhudiləri, yağlar molokanlar rahat şəkildə yaşayırlar. Dövlət tərəfindən icmalara dövlət dəstəyi göstərilir, hətta Milli Məclisdə dağ yəhudiləri təmsil olunur".Məruzədən sonra kursda iştirak edən gənclərin sualları cavablandırılıb. Kurs müzakirələrlə davam edib.

sia.az

Digər xəbərlər