PDF Oxu

Siyasət

  • 4 329

“3 siyasi partiya namizədlər irəli sürməyib” - MSK sədri

“3 siyasi partiya namizədlər irəli sürməyib” - MSK sədri

Azərbaycanda 3 siyasi partiya fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakla bağlı hələ ki, namizəd irəli sürməyib. SİA-nın verdiyi xəbərə görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.O bildirib ki, 2020-ci ilin fevralın 9-a təyin edilmiş parlament seçkilərində iştirak etmək üçün indiyə qədər müraciət edən 1611 nəfərdən 293-ü 17 siyasi partiya tərəfindən irəli sürülüb: "Ancaq hələ ki, 3 siyasi partiya tərəfindən seçkilərdə iştirak etmək üçün namizədlər irəli sürülməyib. Yəqin ki, yaxın vaxtlarda həmin siyasi partiyalar da öz namizədldərini irəli sürəcəklər".Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri fevralın 9-da keçiriləcək. Seçkilər 125 dairəni əhatə edəcək.

sia.az.

Digər xəbərlər