PDF Oxu

Siyasət

  • 6 808

"Formula-1" ölkəmizə turist axınını gücləndirir

"Formula-1" ölkəmizə turist axınını gücləndirir

Prezident İlham Əliyev: "Tarixdə ilk dəfədir ki, Azərbaycana 3 milyondan çox turist səfər etmişdir"

Müstəqil dövlətimiz bu gün dünya məkanında beynəlxalq tədbirlərə ev sahibliyi edən bir ölkə kimi də tanınıb. Dövlət başçısı tərəfindən həyata keçirilən siyasi kursun məntiqi nəticəsidir ki, ölkəmizdə mövcud olan mühit, əmin-amanlıq və sabitlik bu tədbirlərin ölkəmizdə keçirilməsinə yol açmışdır. Azərbaycanın sosial-iqisadi inkişafı, islami dəyərlərin, islam mədəniyyət nümunələrinin mühafizəsi, islam həmrəylinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinə töhfəsini verməsi, tolerant cəmiyyət olması və digər amillər beynəlxalq ictimaiyyətin ölkəmizə marağının artmasında əsas şərləndirici amillərdir. Azərbaycan beynəlxalq miqyaslı mötəbər yarışlara, qlobal forumlara, konfranslara, bir sözlə, nüfuzlu tədbirlərə ev sahibliyi edir və ölkəmizə olan etimadı doğruldur. Onu da, qeyd etmək vacibdir ki, ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlər Azərbaycanımızın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini nümayiş etdirir. Beynəlxalq səviyyəli tədbirlər sırasında "Formula-1" yarışlarını da qeyd etməliyik. Azərbaycan artıq bir neçə ildir ki, bu yarışlara yüksək səviyyədə ev sahibliyi edir və qarşıdakı illərdə də yarışların keçirilməsində, uğurlu bir məkan olaraq, imzasını atacaq. Təbii ki, keçirilən bu və ya digər tədbirlər turistlərin ölkəmizə axınını daha da gücləndirib. Bakıda keçirilən "Formula-1" Avropa Qran-Prisi yarışlarını dünyanın 200-yə yaxın ölkəsində 500 milyondan çox azarkeşin televiziya vasitəsilə izləməsi, təbii ki, ölkəmiz ətrafında olan münasibətləri formalaşdırır. Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı "Formula-1" yarışına gəldikdə, bu yarışın ölkəmiz üçün çox böyük faydası olduğunu bildirib: "Birincisi, "Formula-1" yarışını keçirən şəhərlər inkişaf etmiş ölkələrin ya paytaxt şəhərləri, ya da ki, böyük şəhərləridir. Onların arasında Bakı şəhərinin mövcudluğu bizim üçün böyük hadisədir. İkincisi, "Formula-1" yarışı ölkəmizə böyük iqtisadi dividendlər gətirir, necə ki, bütün başqa şəhərlərə". Cənab Prezident birinci "Formula-1"-dən sonra Azərbaycana kütləvi turist axınının başladığını bildirib: "Xaricdən gələn minlərlə qonaq burada pul xərcləyir. Bunun iqtisadi cəhətdən çox böyük səmərəsi var. Mən bu tarixləri dəqiq xatırlayıram. Çünki hər ay, yaxud da ki, hər rüb mənə turistlərin gəlişi ilə bağlı məlumat verilib. Beləliklə, birinci yarış keçiriləndən sonra turistlərin sayı 24 faiz artmışdır. Ondan sonrakı il daha 22 faiz, ondan sonrakı il isə daha 5 faiz. Nəhayət, bu il, artıq on bir ayda 11 faiz artmışdır".
Əlbəttə ki, "Formula-1" üzrə dünya çempionatının tamaşaçı auditoriyası bütün qitələri əhatə edir. Amerika, Avropa, Avstraliya, Asiya və Afrika ölkələrinin televiziya kanallarında yarışlar müntəzəm yayımlanır. Beş yüz milyon televiziya tamaşaçısının Avropa Qran-Prisində ən güclü pilotlarının mübarizəsini izləməklə yanaşı, şəhərimizin gözəlliyi ilə tanış olur, müasirliklə qədimliyin simvollarını özündə birləşdirən Bakı haqqında geniş məlumat əldə edə bildilər. ABŞ-ın, Böyük Britaniyanın, Kanadanın, Fransanın, İspaniyanın, Avstraliyanın, Braziliyanın, Portuqaliyanın, Almaniyanın, İtaliyanın, Cənubi Afrika Respublikasının, Rusiyanın, Yaponiyanın və Polşanın, Hindistanın məşhur televiziya kanalları Bakı Qran-Prisini yayımlamaqla yanaşı, paytaxtımıza həsr olunan reportaj və materiallar hazırlayırlar. Azərbaycanın beynəlxalq nüfuzlu yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi, qədim tarixi abidələrimiz diqqətdən kənarda qalmır. İnsanların televiziya vasitəsilə birbaşa izlədiyi yarışların keçirildiyi məkan şəhər halqası olduğundan, onlar təkcə avtomobilləri deyil, inkişaf etmiş Bakının gözəlliyini ətraflı görə bilirlər. Ölkəmizin zəngin mədəniyyəti, abidələri, tarixi şəhərimizin bənzərsizliyinə dəlalət edir ki, bu da, xarici turistlər üçün cəlbedicidir. "Tarixdə ilk dəfədir ki, Azərbaycana 3 milyondan çox turist səfər etmişdir" deyən Cənab Prezident bildirib ki, inkişaf etmiş ölkələrdə, xüsusilə, mənzərəli yerləri çox olan ölkələrdə turistlərin sayı on milyonlarla ölçülür və bundan çox böyük fayda görürlər. Dövlət başçısı qeyd edib ki, mən tapşırıq vermişəm, aidiyyəti qurumlar hesablayırlar ki, bu turistlər nə qədər pul xərcləyiblər: "Əlbəttə ki, biz bunu həm ödəmə kartları vasitəsilə dəqiq biləcəyik, eyni zamanda, ehtimal olunan pul sərfiyatını da, - bunun da hesablama metodologiyası var, - hər halda" bu, milyardlarla manat səviyyəsindədir. Budur, turistlərin gəlişinin ölkə iqtisadiyyatına verdiyi töhfə".
Bakıda keçirilən bu yarış, ən yaxşı yarış hesab edilir. Bakı bütün iştirakçı və qonaqları, hər zaman olduğu kimi, növbəti tədbirdə də ev sahibi olaraq yüksək səviyyədə qarşılayaraq, yarışı uğurla yekunlaşdıracaq. Təbii ki, Bakıda pilotlar qeyri-adi ab-havası ilə seçilən, əfsanəvi tarixi yerləri əhatə edən və heç bir yerdə bənzəri olmayan trekdə yarışırlar. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trek Bakının tarixi məkanlarından, dəniz sahilindən keçməklə, azarkeşlərdə xoş ovqat yaratmış olur. Bakının gözəlliyi, tarixi məkanları və dinamik inkişafı bütün dünyaya nümayiş etdirilir. "Formula-1" yarışının Azərbaycanda keçirilməsinin daha üç il uzadılması 2023-cü ilədək Azərbaycanın Qran-Priyə uğurla ev sahibliyi etməsinin göstəricisidir.
Azərbaycan növbəti dəfə də "Formula-1" Azərbaycan Qran-Prisinə uğurla ev sahibliyi edəcək. Hər zaman olduğu kimi, yüksək təşkilatçılığı ilə öz sözünü deyəcək.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər