Əli Kərimli və Cəmil Həsənli kimi antimilli ünsürlər cəmiyyətdən təcrid etməlidir
Fransız psixoloqu Julyer iddia edir ki, insanlarda satqınçılıq və xəyanət simptomları bir dəfə formalaşırsa, bu sistemli şəkildə davamlı olur və ətraf mühitdə ikrah yaranır. Bu məntiqlə yanaşsaq, aydın olur ki, bu gün müxalifət illərdi ki, eyni mühitdə qalıblar, zaman-zaman bir-birilərinə xəyanət ediblər və demək olar ki, artıq bir periodiklik yaranıb və bunun qarşısını almaq, sadəcə, mümkün deyil. Necə ki, bu gün AXCP sədri Əli Kərimli və "Milli Şura"nın sədri Cəmil Həsənli kimilər nə yaşına, nə də başına hörmət edir. Yenə də o çirkin əməllərindən əl çəkmirlər. İndi də parlament seçkiləri ərəfəsi başlayıblar səviyyəsiz çıxışlar etməyə. Xüsusilə də, müxalifətin əksər siyasi partiyalarının seçkilərə qatılmasını xəyanətdə suçlamaqla, işlərini bitmiş hesab edirlər. Ən düşüklü hal isə, AXCP sədri Ə.Kərimlinin şəninə "tərif" deməsidir. Doğrudur, bu gün hər kəs onu da bilir ki, C.Həsənli Ə.Kərimlinin "danışan dili" rolunda çıxış edir. Ə.Kərimli deyirsə, sür dərəyə, o saat sürür dərənin düz kandarına! Yəni bu kimi xəyanətkar elan etmək hadisələri fonunda C.Həsənlinin tək, özbaşına hərəkət etməsini, nəticələrə gələrək "səsli-küylü" bəyanatlar səsləndirməsini demək olmaz. O, bilavasitə AXCP sədri Əli Kərimlinin ətəyindən asılı olan bir kəsdir.
Bütün bunlar isə, bir daha sübut edir ki, nökərçilik etdikləri erməni lobbisinin xoşuna gəlməkdən ötrü, Ə.Kərimli və onun ipli kuklası rolunda çıxış edən C.Həsənli, hətta daha böyük milli xəyanətlərdə bulunmağa hazır olduqlarını sərgiləyirlər.
Xəyanətkar xəyanətkarın yanında
Əgər oxucularımızın yadındadırsa, bir neçə il bundan öncə, Gözəl Bayramlı AXCP sədrini tərifləyib onun Nelson Mandella ilə müqayisəsini aparırdı. Ancaq rəhmətlik Həsən Kərimovun bir dəfə bu cür bənzətmələrə və oxşatmalara etiraz etməsi cəbhəçilər tərəfindən necə daş-qalağa tutmuşdular, yazıq elə o oturan oldu yerində. Ən gülməlisi isə, Nurəddin Məmmədlinin rusiyalı müxalifətçi Nemtsovun ölümündən sonra Ə.Kərimlini onunla müqayisə etməsi idi: "Nemtsov Əli bəyə qibtə edirdi..." Buyurun, indi də C.Həsənli onu A.Eynşteynlə bir tərəziyə qoyur. Bax, bu yerdə deyirlər ki, həyasızlığın son nöqtəsi. Ay Cəmil bəy, heç olmasa, belə bir iddia ilə çıxış edəndə, öz yazdığın "Ağ ləkələrin qara kölgəsi" çızma- qaranı gözünün qabağına gətirəydin. Adı çəkilənlərin hamısı siyasətdə, elmdə uğur qazanmış, bütün dünyanın tanıdığı şəxslərdilər. Bəs Ə.Kərimli kimdir? Sənin kimi, Əli Kərimli də xəyanət, qisaslar, intriqalar toplusudur. AXCP sədri Əli Kərimli və onun "banditos" dəstəsi Vətəndən, millətdən və demokratiyadan çox danışsa da, həmişə sözləri əməllərinə zidd olub.
Hafiz Hacıyev: "Cəmil Həsənlinin qanı da erməni qanıdır"
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Cəmil Həsənlinin "professor" adına layiq olmadığını və səviyyəsiz düşüncəli erməni yalağı olduğunu bildirib. Qeyd edib ki, satqın Leyla Yunusun etdiyi cinayətkar əməllərinə görə cəzalandırılmasını faşistlərin yəhudilərə qarşı davranışlarına bənzətməsi elə C.Həsənlinin satqın olduğunu göstərir: "Xatirinizdədirsə, mən hələ prezident seçkiləri ərəfəsindəki debatların birində Cəmil Həsənlinin üzünə dedim ki, sənin qızın erməniyə ərə gedib. O da, qayıdıb dedi ki, mən bir xristianı müsəlman etmişəm. Yəni onun özü də bunu səmimi şəkildə etiraf elədi. Belə olan halda, cəmiyyət C.Həsənlidən başqa nə gözləməlidir ki?"
MMP sədri bildirib ki, C.Həsənli erməniləri müdafiə etməyə məcburdur: "Cəmil Həsənli məcburdur ki, ermənini müdafiə etsin. Erməni ermənini müdafiə etməlidir. Yəni bunların hamısı bir mənbədən qidalanan adamlardır. Onların hamısı dünyanın hər yerinə səpələnmiş, Azərbaycanı gözü götürməyən erməni lobbisindən və erməni xüsusi xidmət orqanlarından faydalanırlar. Hətta bu gün bilməlisiniz ki, Leyla Yunusun, nəinki Antaliyada, eləcə də, Ermənistanda da evi var. C.Hənəslinin qızının qaynatasının, yəni onun qudasının İrəvanda "Armeniya" mehmanxanasının yaxınlığında "Ani" restoranın yanında böyük mülk və biznesi var. Yəni bunların hamısı bir adamlardır. Cəmil Həsənli də, Ə.Kərimli də İ.Qəmbər də, L.Yunusu müdafiə edən hər kəs, Azərbaycan əleyhinə işlədikcə, onların ciblərinə xaricdən böyük pul axını gəlir. Ona görə də, xaricdə mülklər, bağ evləri və villalar alırlar. Yəni yaşayışlarını orada qururlar. Bu baxımdan, mən dəfələrlə təklif etmişəm, tələb etmişəm ki, belə adamlar Azərbaycandan deportasiya olunsunlar".
Tarixi yalanlar və saxta vədlər...
Bu yerdə jurnalist Eynulla Fətullayev Ə.Kərimlini quduz oğru itlərinə bənzətməsi lap yerində deyilmiş faktdır. E.Fətullayev özünün "facebook" hesabında AXCP sədri və onun tərəfdarlarına həsr etdiyi statusda maraqdoğurucu iddia ilə çıxış edərək, bildirib ki, Ə.Kərimli və digər murdar cəbhənin virusları oğru itlərdir: "Bu siyasi cinah öz murdar mahiyyətini ortaya qoyur. Məncə, günahkar Ayaz Mütəllibovdur. 1992-ci ildə bu nadan siyasi kütləni quduz itlər kimi güllələsəydi, Azərbaycan siyasətindən belə üfunət gəlməzdi... Üfunət iyi verənlər "siyasi mühacir" adı ilə Avropanın zibilliklərində eşələnirlər".
Bax, budur həqiqət. Azərbaycan iqtidarı dövlətin, millətin maraqlarını heçə sayan, hər kəsi mənəvi terrora məruz qoymağa çalışan Ə.Kərimli-C.Həsənli kimi antimilli ünsürlər barəsində sərt ölçü götürməli, cəmiyyətdən təcrid etməlidir.
Rəfiqə HÜSEYNOVA