PDF Oxu

Siyasət

  • 6 744

Pirallahıda "Yeni 2020-ci il" münasibəti ilə silsilə tədbirlər davam edir

Pirallahıda "Yeni 2020-ci il" münasibəti ilə silsilə tədbirlər davam edir

Rayon icra hakimiyyəti ilə YAP Pirallahı rayon təşkilatı qəsəbədə yerləşən "Gənclər Parkında" bayram təşkil edib


31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2020-ci il münasibətilə Pirallahı rayonunda silsilə tədbirlər keçirilməkdədir. Rayonun ərazisində yerləşən təhsil, səhiyyə, sənaye müəssisələrində dəyirmi masalar, müxtəlif müsabiqələr və bayram şənlikləri təşkil olunur.
Növbəti belə bayram tədbiri rayon icra hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Pirallahı qəsəbəsində yerləşən "Gənclər Parkı"nda keçirilib. Xüsusi tərtibatla bəzədilmiş "Gənclər Parkı"nda bayram əhval-ruhiyyəsi hökm sürüb.
Tədbirdə çıxış edən RİH-in başçısı Vasif İmanov qeyd edib ki, 2019-cu il Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi mühüm uğurlarla yadda qalacaq. Bu dövrdə iqtisadiyyat yüksək templə inkişaf edib. Görülən tədbirlər, aparılan islahatlar, qeyri-neft sektorunun inkişafına verilən dəstək, onun xüsusi çəkisinin artması son nəticədə ölkənin iqtisadi və hərbi gücünü dəfələrlə artırıb.
Azərbaycanın tam müstəqil siyasət yürüdən dövlət kimi beynəlxalq aləmdə öz nüfuzunu və mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdiyini qeyd edən V.İmanov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin 2020-ci ildə də sürətlə inkişaf edəcəyinə və xalqımızın rifah halının durmadan yüksələcəyinə əminliyini ifadə edib.
Milli Məclisin V çağırış deputatı Rauf Əliyev çıxış edərək bildirib ki, 31 dekabr tarixi Azərbaycan xalqının birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın 70-dən çox ölkəsində həmvətənlərimiz tərəfindən qeyd olunur.
Pirallahı sakinlərinin böyük maraqla izlədiyi bayram tədbiri əməkdar artistlər Elnur Süleymanov, Almaz Orucova, Günel Şeyxova Müslüm Maqamayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri Nurlan Əzizbəyli, Rəvanə Qurbanova, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında konsert proqramı ilə davam edib.
Bayram tədbirinin sonunda isə, Şaxta Baba, Qar Qız və nağıl qəhrəmanları uşaqları bayram sovqatları ilə sevindiriblər.

Rövşən

Digər xəbərlər