Və ya AXCP sədrinin girmədiyi kol dibi qalmadı
Yadıma bir zamanlar Türkiyədə təxribat nəticəsində qətlə yetirilmiş "Aqos" qəzetinin baş redaktoru Hrant Dinkdən sonra bir qrup türkün "Həpimiz erməniyiz, həpimiz Hrant Dinkiz" şüarı ilə millətinə və dövlətinə qarşı xainlik etməsi düşdü. Niyəsi isə bundadır ki, həmin vaxtlarda Əli Kərimlinin toruna düşmüş, həyatları zəhərlənmiş bəzi dırnaqrarası kosmopolit gənclər bu şüara dəstək vermişdilər. Amma AXCP sədri bu məsələdə, yəni tərəfdarları sayılan həmin gənclərin sözügedən şüara dəstək vermələrinə görə cınqırını da çıxarmadı. Əksinə, guya Azərbaycanda da belə qətllərin davamlı olacağı ilə bağlı, sözün əsl mənasında, sarsaq iddialar irəli sürdü.
Ona dozasından artıq "Ozverin" həbi veriblər...
Əslində, özüm də anlamağa başlamışam ki, axı bu Ə.Kərimlidən nə qədər yazmaq, belə sarsaq ünsürü nə qədər reklam etmək olar? Ancaq nə edəsən ki..? O sarsaqladıqca, mən, yaxud digər dövlətinə xidmət edən jurnalist həmkarlarım da, yazmağa məcbur qalırlar. Fəqət, bu ünsür susmur ki, susmur, əksinə, daha da azğınlaşır və quduzlaşır. Çünki vaxtilə xidmət göstərdiyi dairələr ona dozasından artıq "Ozverin" həbi veriblər... Yəqin ki, bir çoxları, mövzunun nədən olacağını bəri başdan bildilər. Bilməyənlərə isə deyim ki, budəfəki mövzu repçilikdəndir. Pərviz Quluzadənin guya oxuduğu repə görə həbs olunduğunu iddia edən Kərimli bu dəfə "bir güllə ilə iki dovşan vurmağa" çalışaraq, özünə xal toplamağa çalışıb. Yəni bu məsələdə bloqer Mehman Hüseynovun guya "etiraz" edərkən, polis tərəfindən döyülməsi və s. məsələsini də qatıb öz sərsəm iddiasının gözünə.
Narkomanından tutmuş, kley iyləyəninədək hər kəs var
Bəs, əslində, nədədir məsələ? Özünü partiya sədri, yaxud "ana müxalifət lideri" kimi təqdim edən Ə.Kərimli bilmirmi ki, görmürmü ki, qanmırmı ki, həmin o Pərviz Quluzadənin həbsi nəyə görədir? Axı rəsmi məlumat da ortadadır. Məlum olub ki, Daxili İşlər Nazirliyi reper Pərviz Quluzadənin saxlanılmasına aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, adıçəkilən repçi Binəqədi rayonu ərazisində narkotikin təsiri altında ictimai asayişi və ictimai qaydanın pozulmasına yönəldilmiş hərəkətlər edərkən, polis əməkdaşları onu intizama dəvət edib. Lakin o, polisin qanuni tələblərinə tabe olmayıb. Bundan sonra o, polis tərəfindən saxlanılaraq, barəsində toplanmış materiallar Binəqədi Rayon Məhkəməsinə göndərilib. Binəqədi Rayon Məhkəməsi tərəfindən P.Quluzadə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinərək, barəsində 30 sutka həbs qərarı çıxarılıb. Beləliklə, bəllidir məsələ. Daha doğrusu, Ə.Kərimli nə zamandan doğru-dürüst adamları öz ətrafına yığıb ki, bundan sonra da yığsın. Narkomanından tutmuş, kley iyləyəninədək, hər kəs var. Ancaq məsələ bəlli olsa da, AXCP sədri özünü qoyub əməlli-başlı axmaqlığa, üstəlik, bloqerlik sənətini də kənara qoymaqla, başlayıb özü kimilərini ətrafında hapa-gopa və repə basmağa ki... Bəs guya onun həbsinin motivi siyasiləşdirilib və s.
Əslində, bundan nə desən gözləmək olar...
Üstəlik, bloqer Mehman Hüseynovun da bu məsələdə özünü növbəti dəfə lezvalaması, üz-gözünü, yaxa-başını cırması, polisə qarşı qarayaxma kampaniyası aparması və bu kirli kampaniyada yenə də Ə.Kərimlinin əttökən-əttökən statuslar paylaşması, məndə belə bir təəssürat oyatdı ki, yəqin AXCP sədri bundan sonra mitinq və aksiyalarında tamadalıq deyil, repçilik edəcək. Sərsəm düşüncə və fikirlərini hip-hop oynayıb, rep deməklə tərəfdarlarına çatdıracaq. Əslində, bundan nə desən gözləmək olar. Əgər sabah-birigün AXCP sədri repdən roka, rokdan caza, cazdan blüzə, blüzdən romansa, romansdan da ariyaya keçidlər edərsə, buna qətiyyən təəccüb hissi keçirmərəm. Zatən, hərşeyşünas Ə.Kərimlinin girmədiyi, nə bilim, nə isə etmədiyi kol dibləri də qalıb-eləməyib...
Rövşən NURƏDDİNOĞLU