"2020-ci ilin "Könüllülər ili" elan olunmasını cənab Prezidentin gənclərə verdiyi böyük dəyər kimi qiymətləndirirəm. Çünki, könüllülər əsasən gənclərdilər". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.Deputatın sözlərinə görə, gənclər könüllük təşəbbüslərinə qoşularaq ölkəmiz üçün mühüm tədbirlərin yüksək səviyyədə təşkil olunmalarında yaxından iştirak edirlər: "Harada yenilik və müasirlik varsa orada könüllülərin əməyi görünür. Könüllülük hərəkatına qoşulan gənclərin özləri də müasir dövrün tələblərinə uyğun formalaşırlar və onların gələcək həyatda düzgün mövqe tutmağında əsas rol oynayır. Bu gün fəaliyyəti könüllükdən başlanan yüzlərlə gəncimiz dövlət strukturlarında öz əmək fəaliyyətlərini davam etdirirlər. Həm də könüllülük fəaliyyəti olmuş gənc özəl sektorda da özlərini yaxşı təqdim edə bilirlər. Könüllülük özü özündə bir məktəbdir və bu təşəbbüsə qoşulmuş gəncin davranış qaydaları və əxlaqı daha yüksək inkişaf edir. Düşünürəm ki, bu ilin könüllülər ili elan olunması, bu təşəbbüsə qoşulacaq gəncləri sırasını daha da genişləndirəcək və bu da ölkəmizin gələcəyini etibar edilə biləcək yeni nəsilin formalaşmasına bir təkan verəcəkdir".
sia.az