Yaxud, Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı və başqaları “hıqq” etmək imkanlarını da itiriblər
Ötən ilin müxalifət düşərgəsinə aid olan ən yadda qalan hadisələrindən biri də mühacir biznesi ifşası oldu. Belə ki, Almaniyada qanunsuz miqrasiyaya qarşı ciddi tədbirlər görüldü və həmin tədbirlər bu gün də davam etdirillir. O cümlədən, Avropanın digər ölkələrində də müəyyən işləmlərə başlanılıb və çox yaxın zamanlarda ictimai rəy növbəti faktların da şahidlərinə çevirləcəklər.Lakin daha bir maraqlı məqam budur ki, mühacir biznesi məsələsində yalnız Müsavat partiyası və onun rəhbərliyi deyil, AXCP sədri Əli Kərimlinin, eləcə də ətrafının əməlləri mövcuddur. Belə ki, müsavatçılarla yanaşı, cəbhəçilərin də adları bu kimi kirli olaylarda hallanır. SİA-ya daxil olan məlumata görə, “mühacirlərin" əksəriyyəti məhz AXCP-dən müəyyən pul müqabilində alınan saxta partiya vəsiqələri və mitinqlərdə göstərdikləri "aktivliyə" görə rahat qaydada Avropanın müxtəlif ölkələrinə sığınmağa macal taıblar. Hətta bir müddət əvvəl o da bəlli olmuşdu ki, saxta mühacir statusu üçün AXCP-nin müəyyən adamları tərəfindən adam başı 5-10 min dollar pul alınıb ki, həmin vəsaitlər sonradan Ə.Kərimlinin qayrı-ayrı şəxslərin adlarına açılmış bank hesablarına köçürülüb.
Mənbə: “Hazırda AXCP-nin üzvü olmayan, siyasi proseslərdə heç bir aktivliyi olmayan, kölgədə qalan bir neçə şəxs var ki, onlar bu işdə “dərin dövlət” kimi çalışırlar”
O cümlədən, aparılan raşdırmalar və get-gedə üzə çıxan faktlar da göstərir ki, mühacir biznesi ilə əsasən AXCP sədrinin yaxın şəbəkəsində olan şəxslər məşğul olublar. Onlar müxtəlif yollarla imkanlı şəxsləri aldararaq pullarını ələ keçiriblər.
Məsələ ilə bağlı adlarının açıqlanmasını istəməyən məlumatlı mənbələr də ilginc faktları ortaya qoymaqdadırlar. Daha doğrusu, bütün məsələlərin altından bilavasitə AXCP və Müsavatın adlarının çıxması özü-özlüyündə qeyd edilən fikirləri tamamlamaqdadır.
“Bu məsələlərlə bağlı bir müddət öncə İsa Qəmbər və Arif Hacılı prokurorluğa çağırıldılar. Düzdür, Müsavat partiyasının da möhürü olan saxta sənədlə Avropaya gedənlər var. Bu prosesdə əsas -nin r iştirakçılar AXCP rəhbərliyi və onların ətrafında olan müəyyən bir şəbəkədir. Məsələ belədir ki, hazırda AXCP-nin üzvü olmayan, siyasi proseslərdə heç bir aktivliyi olmayan, kölgədə qalan bir neçə şəxs var ki, onlar bu işdə “dərin dövlət” kimi çalışırlar. Bu kəslərin əsas işi xaricə getmək istəyən müəyyən qədər imkanlı şəxsləri AXCP ilə əlaqələndirmək, onlara arayışlar almaqdır", deyə məlumatlı mənbə qeyd edir.
“Onlar əllərində təxminən 100-200 min avro civarında pulları olan adamlardır ki...”
Həmçinin bildirilir ki, hazırda Almaniya və Hollandiyada xeyli sayda imkanları yaxşı olan azərbaycanlılar “siyasi mühacir” statusu ilə yerləşiblər. Onlar ölkədən "siyasi mühacir" adı ilə getsələr də, dərhal bir neçə xırda şirkət yaradıb, biznes qurublar və yaxşı pul qalanıblar: “Həmin adamların bu ölkələrə gerçək iş adamı kimi getməsi mümkün olmayıb, çünki sahibkar kimi yerləşmək üçün tələb olunan 500 min avro -1 milyon dollar civarında yatırımlar edib, sahibkar kimi oturum almaq imkanları olmayıb. Onlar əllərində təxminən 100-200 min avro civarında pulları olan adamlardır ki, 5-10 min xərc çəkib siyasi mühacir kimi Avropaya sığınır və daha sonra orada xırda biznesə başlayırlar".
Yeri gəlmişkən, onu da xatırladaq ki, siyasi mühacir alveri ilə məşğul olan dəstənin cinayətkar əməlləri ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu rəsmi açıqlama yaymışdı. Məlumatda bildirilirdi ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ayrı-ayrı Azərbaycan Respublikası vətəndaşlarının ölkə ərazisini tərk edərək xarici dövlətlərdə “siyasi sığınacaq” adı altında “oturum icazəsi” almaq məqsədilə guya Azərbaycan Respublikasında hüquqlarının pozulması, siyasi baxışlarına, sosial mənsubiyyətlərinə görə təqib olunmaları haqqında hüquq verən rəsmi sənədlərin istifadə məqsədilə saxtalaşdırılması, qanunsuz miqrasiyanın təşkili və sair faktlar üzrə başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Gözləyək və gözlənilən nəticələri görək...
Cinayət işi üzrə saxta sənədlərdən istifadə etməklə xarici ölkələrdə “oturum izni” alan şəxslərin əməllərinin müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin icrası davam etdiriləcəyi ilə bağlı rəsmi məlumat verilmişdi.Bütün bunlar isə bir daha sübut edir ki, artıq AXCP və Müsavat kimi siyasi bizneslər üzərində qurulmuş partiyaların elə siyasi sonları da “siyasi mühacir” məsələsi ətrafında başa çatmaq üzrədir. Yəni faktlar, dəlillər və sübutlar da bütün bunları göstərir. Hətta Ə.Kərimlinin, İ.Qəmbərin, A.Hacılınnı və sairlərin necə deyərlər, “hıqq” eləməyə belə cürətləri çatmır. Çünki bu dəfə onları ifşa edən Avropanın hüquq-mühafizə orqanlarıdır. Hər halda, gözləyək və gözlənilən nəticələri görək...
sia.az