Siyasət

  • 6 285

Çin və Azərbaycan arasında sıx əməkdaşlıq əlaqələri yaranır -AÇIQLAMA

image

Bu gün biz burada Çinin Bahar bayramı tədbirini keçiririk və bu tədbirin məqsədi ondan ibarətdir ki, Azərbaycan xalqı Çin Yeni ilinin mədəniyyəti, adət-ənənəsi ilə tanış olsunlar. Bunu açıqlamasında Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Quo Min deyib.Səfir Quo Min bildirib ki, son zamanlar Çin Azərbaycan münasibətləri çox yaxınlaşır və iki ölkə arasında sıx əməkdaşlıq əlaqələri yaranır. “Eyni zamanda Çin və Azərbaycan xalqları arasında olan əməkdaşlıq daha da dərinləşir və Çindən Azərbaycana gələn turistlərin sayı günü-gündən artır. Həmçinin azərbaycanlılar da Çin mədəniyyətini, adət-ənənəsini öyrənməkdə maraqlıdırlar. Bu gün bizim burada keçirdiyimiz tədbirin məqsədi azərbaycanlılar Çin Bahar bayramı ilə tanış olsunlar və çinlilərin bu bayramı necə keçirdiklərini öyrənəcəklər. Bu da öz növbəsində Çin Azərbaycan əməkdaşlığını daha da dərinləşdirəcək. Burada siz Çin haqqında sərgi də görə bilərsiniz. Biz ümid edirik ki, azərbaycanlılar bu sərgidə iştirak edəcəklər və Çinə səfər edərək sərgidə şəkillərdən gördükləri mənzərələri, yerləri canlı olaraq da görəcəklər.Səfir vurğulayıb ki, biz burada azərbaycanlı dostlarımız üçün tədbirlər hazırlamışıq ki, onlar bu tədbirlərdə Çin mədəniyyətini daha da dərindən öyrənsinlər. Ümid edirik ki, çinli vətəndaşlar da Azərbaycan mədəniyyətini və adət-ənənəsini öyrənməyə çalışacaqlar. Bununla da Çin və Azərbaycan arasında əlaqə, dostluq, daha da uzunmüddətli və daimi olacaq. Bildirmək istəyirəm ki, bu gün burada çıxış edənlər və eyni zamanda nümayiş göstərənlər hər biri könüllü gənclərdir. Tədbirdə azərbaycanlı bir tələbə Çin rəqsini ifa etdi və biz bunu çox bəyəndik. Bu kimi tədbirlərin Azərbaycan xalqının Çini daha da yaxşı öyrənməsinə vəsilə olacağını düşünürük. Sonda isə arzu edirəm ki, Çin Azərbaycan əlaqələri dostluğu daim olsun”.

sia.az

Digər xəbərlər